BAKIDA QARAJLAR QANUNSUZ SÖKÜLÜR - VİDEO/FOTO


BAKIDA QARAJLAR QANUNSUZ SÖKÜLÜR - VİDEO/FOTO




Mircəlal Paşayev küçəsi 45-də yaşayan sakinlər kompensasiya tələb edirlər

Bu saatlarda Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal Paşayev küçəsi 45-də 20-25 qaraj sökülür. Sakinlərin dəvəti ilə “Hürriyyət”in müxbiri sözügedən ərazidə olub. Sakinlər bildiriblər ki, prezident İlham Əliyevin qızı Leyla Əliyevanın adı ilə söküntü işləri aparılır. Onların bəzilərinin dediklərinə görə ərazidə “Bizim həyət” layihəsi çərçivəsində park salınması nəzərdə tutulur, amma ərazidə yeni çoxmənzilli bina tikiləcəyini də deyənlər var. Sakinlər parkın salınmasına etiraz etməsələr də, kompensasiya tələb edirlər.

Ətraflı videoda izləyə bilərsiniz.

 

Şamo EMİN, Hurriyyet.org




Tarix: 10-04-2019, 21:32
Xəbəri paylaş





Xəbər lenti