Baş bankirin kürəkəni Cuma Əhmədzadənin Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb


Baş bankirin kürəkəni Cuma Əhmədzadənin Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb

Rubrika.az teref.az-a istinadla yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub. Cavanşir Həsənli öz statusunda yazır:
Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) İngiltərədəki şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub.
Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb. Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.

Baş bankirin kürəkəni Cuma Əhmədzadənin Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb

Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
Tarix: 10-04-2019, 22:38
Xəbəri paylaş





Xəbər lenti