QUMARA HƏR AY 500 MİN DOLLAR XƏRCLƏYƏN 12 AZƏRBAYCANLI



 


Azərbaycanlılar, doğrudanda “azart oyunçu” olmaqları ilə seçilirlər, bəzən var-dövlətinin yarısını kompüter oyunlarına qoyanlar olur. Elə istifadəçilər olub ki, aylıq müxtəlif oyun layihələrinə 500 min dollar xərcləyiblər.
Bu barədə müsahibəsində Rusiyanın “oyun sənayesi”ndə tanınmış simalarından biri, TVX Games şirkətinin nümayəndəsi Viktor Makeev bildirib.
“Deyə bilərəm ki, biz minimum 12 nəfər tanıyırıq ki, onların ödənişləri ay ərzində yarım milyon dolları ötür. İnsanlar var ki, bizneslərində hər şey qaydasındadır, belə olan halda “bu qaydaları oyuna” niyə gətirməsinlərki?!”, deyə Viktor Makeev vurğulayıb.
Bəs, mərc oyunları ilə bağlı vəziyyət necədir, sualına cavabında isə o bildirib ki, ən geniş yayılanlara “slot-maşınlar”, “poker”, “rulet” kimi mərc oyunları aiddir. Lisenziyalaşdırılmış versiyalarda real pulun oynanıldığı bu oyunların 10-12% istifadəçiləri isə məhz Azərbaycanın payına düşür. /fed.az
Tarix: 12-04-2019, 20:38
Xəbəri paylaş





Xəbər lenti