"Lotu Quli" düyməyə basdı: “Oğru”lar birləşdi

"Lotu Quli" düyməyə basdı: “Oğru”lar birləşdi


Rusiyada kriminal dairəyə mənsub olan şəxslərin daha ağır cəzalandırılması barədə qanunun qəbulundan sonra səssizliyin hökm sürdüyü “oğru dünyası”nda aktivlik hiss edilir. 

Cebhe.info xəbər verir ki, "oğrular" İstanbulda David Surqrutskinin (Dato) təşəbbüsü ilə "sxodka" keçirildiyi barədə məlumat aldıqdan sonra birləşiblər. Bu “sxodka"da Ədhəm Səmərqəndski “taclandırılıb”.

"Sxodka" 9 apreldə olub. Orada Teymuraz Çripa, Roman Cəfərov, Termuraz Çurazde, Laşa Doqonadze iştirak edib. Qoça Cinparazde "sxodka" "oğru"ların rəyi ilə razılaşmayıb və bundan sonra "sxodka" barədə məlumatı yayıb. 

Surqrutskiyə qarşı bundan sonra cəbhə yaradılıb. Orada "Lotu Quli" ləqəbli Nadir Səlifov başda olmaqla Roland Şlyapa, Merabi Mzarelua, Tariel Oniani, Merab Cvanqveladze təmsil olunur. Onların fikrincə, Surqrutski 2015-ci ildə İrəvanda keçirilən "sxodka"da iştirak edib. Orada isə “oğru” titulunun təsadüfi adamlara verilməsinin dayandırılması barədə qəbul olunub. Dato Surqrutski də bu qərarla razılaşıb. İndi isə özü qərarı pozaraq İstanbulda "sxodka" keçirib. 

Bundan başqa yeni "taclandırılan" Ədhəm Səmərqəndski ilə bağlı da 50 milyonluq qalmaqal var. Səmərqəndski Özbəkistandan olan bir biznesmenin müdafiəsi üçün Datodan razılıq alıb və onun etibarını qazanıb. Həmin biznesmen isə vətənində başqa bir biznesmenə 50 milyon dollar borcludur və indi özünün müdafiəsi üçün "oğru"lar külli miqdarda pul xərcləyir.

Məlumata görə, bu qalmaqallarda digər tərəfin müdafiəçisi “qanuni oğru” Bəxti Dəşkəndskidir. İndi Səmərqəndskini bu mübarizədə qüvvələr nisbətinə nail olmaq üçün "taclandırıblar". 


Tarix: 15-04-2019, 21:09
Xəbəri paylaş





Xəbər lenti