Dünyanın ən təhlükəli 4 cinayətkarı: Bir qəbiristanlıq dolu adam öldürən də var, dəbdəbəli malikanədə yaşayan da... - FOTOLAR


Dünyanın ən təhlükəli 4 cinayətkarı: Bir qəbiristanlıq dolu adam öldürən də var, dəbdəbəli malikanədə yaşayan da... - FOTOLAR

Dünya tarixində minlərlə təhlükəli canilər olub. Onlar polislə yanaşı adi insanlar üçün də olduqca təhlükəli olduqlarına görə daim nəzarətdə olublar. Ancaq canilərin də öz "elit" təbəqəsi var, onlar öz qəddarlıqları ilə seçilir, illər keçsə də, adlarından bəhs etdirirlər.

Hər ölkənin öz təhlükəli canisi olduğu kimi, dünyanın da təhlükəli cinayətkarları var. “İnterpol”un siyahısında belələri kifayət qədərdir. Başqa sözlə, bir ölkənin canisi dünyanın canisinə çevrilir.

Cebhe.info dünya tarixinin təhlükəli canilərini təqdim edir.

 

1. Müsəlman dünyası üçün ən təhlükəli cani kimi Davud İbrahimin adı çəkilir. O, Hindistanda ən böyük cinayətkar birləşmə olan "D-Company"yə rəhbərlik edir. Davud öz "fəaliyyəti" boyunca bütün mümkün cinayətləri törədib. Qətl, oğurluq, qaçaqmalçılıq, narkotik alveri... 2011-ci ildə o, hətta dünyanın ən təhlükəli terrorçuları siyahısına daxil edilib. O, və adamları 1993-cü ildə Bombeydə törədilən və 257 nəfərin ölümü ilə nəticələnən  terraktlarda günahkar bilinib. Təkcə Hindistanda yox, bütün müsəlman dünyasında tanınır. “Forbes" jurnalı dünyanın ən təhükəli cinayətkarları sırasına Davud İbrahimin də adını daxil edib. O, bu siyahıda 3-cü yerdə dayanıb. Bu, İbrahimin fəaliyyətini məhdudlaşdırmır, ancaq vaxtının böyük hissəsini Pakistanda keçirir. Burada onun onlarla iqamətgahı, 3 aeroportu var.

2. Kriminal dünyanın tanınmışlarından biri də Hoakin Qusman Loeradır. Meksikada doğulub-böyüyüb. Bütün həyatı narkotik becərilməsi və satılmasında keçib. Öz qətiyyəti sayəsində qısa müddətdə cinayətkar aləmdə pillə-pillə irəliləyib. Kiçik bir gecikməni dərhal ölümlə cəzalandırıb. Onları şəxsən özü öldürüb. Bu isə digərlərinə həm də görk məqsədi daşıyıb. Kolumbiyada narkoticarətə qarşı genişmiqyaslı əməliyyatlar başlayanda, Qusman daha çox tanınmağa başlayıb. Məşhur Pablo Eskobarla adı birlikdə çəkilib. Nəhayət, Qvatemalada ələ keçən Qusman 1993-cü ildə 20 il həbsə məhkum edilib. Növbəti dəfə 2014-cü ildə saxanılıb, ancaq bir il sonra həbsdən qaçıb. Kamerasının altından tunel qazaraq qaçmağa müvəffəq olub. 2015-ci ildə Donald Trampın ünvanına təhdidlərlə gündəmə gəlib. Ardında İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə qarşı təhdidə başlayıb. Səbəbini isə onunla əlaqələdirib ki, Bağdadi onun sahib olduğu narkotiki məhv edib. Ancaq bu, xüsusi xidmət orqanlarının əsəbərini tarıma çəkən son damla olub. 2 ay sonra Qusman saxlanılıb. İndi o, ABŞ-da mühakimə olunur və öümrlük həbsə məhkum edilə bilər.

3. Müasir dünyanın təhlükəli canilərindən biri də Matteo Denarodur. O, hətta "Koza Nostrada" da nahaq yerə “Şeytan” ləqəbi daşımır. Onun sözlərinə görə, hətta bir qəbiristanlıq adam öldürüb. Bu sözlərdə həqiqət payı da az deyil. İtaliyanın bu məşhur canisi öz cinayət yoluna Siciliyada başlayıb. O, burada doğulub və böyüyüb. Gəncliyində muzdlu qatil olub, Siciliyanın "D-Ali" ailəsi üçün işləyib. Bu ailənin üzvləri kriminal aləmdə nüfuz sahibi olublar. 2006-2007-ci illərdə "Koza Nostara"nın nüfuzlu nümayəndələrinin həbsi başlayanda Denaro bütün mafiyanın "xaç atası" olmağı bacardı. 25 ildir ki, polislə gizlənqaç oynayır, onun tutmaq mümkün deyil. Dəbdəbəli həyat yaşayır, məhz buna görə də gənc İtaliya mafiyasının kumiridir.

 

4. Siyahıda Rusiya da var. Bu ölkənin ən təhlükəli canisi Semyon Moqileviçdir. O, bütün keçmiş SSRİ məkanı üçün məşhur şəxsdir. “Don Semeon” kimi tanınır, Kiyevdə doğulsa da, hazırda Rusiyadadır. Onun hər iki ölkənin siyasi dairəsi ilə yaxşı əlaqələrə malik olduğu deyilir. Yəqin uzun müddətdir axtarılmasına baxmayaraq onu ələ keçirmək mümkün olmur. Bəlkə də bunda onun 6 müxtəif ölkənin pasportunu daşıması da rol oynayır.

Tarix: 19-04-2019, 07:05
Xəbəri paylaş





Xəbər lenti