"Bir daha anladım ki, yekunumuz yenə də bir müddət kabab mədəniyyətində olacaq"





"Bu gün bəlkə də çox faydalı bir gün keçirdiyimi söyləyə bilərdim. İki kitabın təqdimatında iştirak etdim, hər iki tədbirdə də sağ olsunlar ki, söz verdilər, düşüncələrimi söylədim. Dəyərli yazarımız Şərif Ağayarın "Komandir" romanının təqdimatı Bakı Kitab Mərkəzində, Azərbaycanın çox önəmli söz ustalarından biri dəyərli Orxan Fikrətoğlunun "Tülu" kitabının təqdimatı isə Libbraffda keçirildi. Maraqlı təqdimatlar oldu və sevindirici odur ki, hər iki məkanda da kitab sevgisinin aşıb-daşdığını sezə bilirdin. Kitablar aldım, yaşlılarla söhbətləşdim, gənclərlə kitabların fonunda foto çəkdirdim. Belə toplaşma məkanlarının olması Azərbaycan insanı üçün çox vacibdir. Həm də sevinirdim ki, artıq Kabab mədəniyyətindən Kitab mədəniyyətinə keçidimiz üçün xeyli ümidverici aura yaranmaqdadır. Hər şey gözəl idi. Ancaq birdən xatırladım ki, axşam bir toy məclisinə də dəvətliyəm. Necə deyərlər, çağrılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə. Getdim və bir daha anladım ki, yekunumuz yenə də bir müddət Kabab mədəniyyətində olacaq. Bu qədər israfçılığın, anlamsız qidalanmanın, toy terrorunun içindən çıxmış bir cəmiyyətin hələ az-çox kitab oxumasına şükr etmək lazım. Mədəsini doğru qidalandıra bilməyən xalq, billahi beynini də doğru qidalandıra bilməz. Xalqın sevilən mahnısı da "kabab yanar köz üstə" formatında hələ çox oxunmalıdır bizdə... Ta ki "qoy məni öldürsünlər bir alagöz qız üstə" deyənlərin qarşısına "qoy məni qınasınlar, kitab üstə, söz üstə" deyənlər çıxanacan."


Fazil Mustafa, millət vəkili
Tarix: 20-04-2019, 08:39
Xəbəri paylaş





Xəbər lenti