Slavyan Universitetində diplom qalmaqalı - Məzundan ciddi ittiham


bitmap-img6




ABŞ-da yaşayan videoblogger Aynur Hüseynova Bakı Slavyan Universitetinə qarşı sərt ittihamlar irəli sürüb.

"Yeni Sabah"ın məlumatına görə, A.Hüseynova iddia edir ki, onun yeni işə düzəlmək istədiyi şirkət universiteti bitirməsinə dair təsdiqləmə ala bilmək üçün Bakı Slavyan Universiteti ilə əlaqə saxlayıb. Universitetin cavabı isə Aynur Hüseynovanı təəccübləndirib. Bildirilib ki, universitetin arxivində onun haqqında heç bir məlumat yoxdur:

"Sizə bildirmək istəyirik ki, tərəfimizdən sizin sənədlərinizlə bağlı heç bir məlumat olmamaqdadır”.

Qeyd edək ki, işə düzəlmək istəyən A.Hüseynova iddia edir ki, sözügedən universiteti 2013-də bitirib.





Tarix: 20-04-2019, 13:40
Xəbəri paylaş





Xəbər lenti