“Bunu xalqın sərvətlərini talayan məmur övladları edə bilər”


“Bunu xalqın sərvətlərini talayan məmur övladları edə bilər”

“Mən sahibsiz itlərin xüsusi qəddarlıqla öldürülməsinin tərəfdarı deyiləm. Amma insanın canı itin canından milyon dəfə qiymətlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist-ekspert Seymur Verdizadə “Yeni Müsavat”ın canlı efirində deyib. Seymur Verdizadə bildirib ki, Bakada 600 mindən çox sahibsiz it var. Jurnalist sahibsiz itlərin sayının artmasını müvafiq qurumların yarıtmaz fəaliyyəti ilə əlaqələndirib: "Bu gedişlə iki ildən sonra Bakıda itlərin sayı insanların sayından çox olacaq. Sahibdiz itlərin doğub-törəməsinin qarşısını almaq lazımdır. 

Jurnalist maraqlı bir məqama da toxunub. Qeyd edib ki, təkcə sahibsiz itlər deyil, bəzən sahibi olan itlər də vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilirlər:

"Tez-tez mərkəzi küçələrdə, parklarda, xiyabanlarda müxtəlif gənclərin it gəzdirdiyinin şahidi oluruq. Həmin şəxslərin hamısını heyvansevər adlandırmaq olmaz. Bəzi gənclər həmin itlərdən sadə vətəndaşlara təzyiq vasitəsi kimi istifadə edir, bundan hədsiz zövq alırlar. Bunlar harınlamış adamlardır. 

Halal yolla pul qazanan adam heç vaxt itinə 200 manatlıq xalta almaz. Həmin itlərin çimizdirildiyi şampunların qiyməti 500 manatdır. Mən nəinki itimə, heç özümə də 500 manata şampun almaram. Çünki mənim maddi durumum buna imkan vermir. Bunu ancaq haram yolla pul qazanan, xalqın sərvətlərini talayan məmur övladları edə bilərlər. 

Dədələrinin puluna güvənən həmin adamlar jurnalistləri özlərinin pələngə oxşayan itləri vasitəsilə parçalamağa hazırdırlar".

Tarix: 27-04-2019, 23:02
Xəbəri paylaş





Xəbər lenti