Kürdəxanı qəsəbəsində sakinlərin yolunu hasarlayan kimdir? - VİDEO

 
Bakı şəhər Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Ləhiş Bağları deyilən ərazidə yolun ortası hasarla bölünüb.

Yeniavaz.com-a müsahibə verən qəsəbə sakinləri, yolun bilinməyən bir şəxs tərəfindən hasarlandığını və bu səbəblə bağlarına gedən yolun bağlandığını bildirdilər. Mövzu ilə bağlı çəkdiyimiz video-sujeti sizə təqdim edirik: Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kürdəxanı qəsəbəsinin icra nümayəndəsi Ramil Əliyev həmin yerə baxış keçirildiyini və hasarın bir hissəsinin söküləcəyini bildirdi.

Tarix: 30-04-2019, 09:57
Xəbəri paylaş





Xəbər lenti