Obyektivliyinizə inanıram . Azər Əliyev və Məcid Qurbanov adlı şəxslərin mənim barəmdə yazdıqlarının yalan və böhtan...

          Siam.az saytı olaraq hər zaman vətəndaşların müraciətlərini saytımızda işıqlandırırıq. Eyni zamanda qarşı tərəfə də öz mövqeyini bildirmək üçün şərait yaratmaq bizim vəzifə borcumuzdur.  Və biz Kamran müəllimin saytımıza göndərdiyi məktubu nöqtə-vergülünə toxunmadan olduğu kimi dərc edirik.                              Siam.az saytının təsisçisi və baş redaktoru 
                                                                        cənab Şahin Əhmədova    

      Hörmətli Şahin Əhmədov ! 
Abşeron rayonu Ceyranbatan qəsəbəsində Zeynalov Elçin Əbülfət oğluna məxsus "Şah sarayı" şadlıq evini icarəyə götürən Azər Əliyev və Məcid Qurbanov adlı şəxslərin mənim barəmdə yazdıqları şikayət məktubunda göstərilənlər yalan , şər və böhtandır . Vətəndaş olaraq bir neçə ay əvvəl Ceyranbatan qəsəbəsində fəaliyyət göstərən "Şah sarayı" adlı şadlıq evinin atmosferi çirkəndirməsi ilə bağlı Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət etdim . Nazirliyin məsul əməkdaşlarının apardığı araşdırma nəticəsində "Şah sarayı" şadlıq evinin atmosferi çirkləndirməsi faktı təsdiqini tapdı . Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh şəxs Zeynalov Elçin Əbülfət oğlu məsuliyyətə cəlb edilərək , nöqsanların aradan qaldırılması üçün ona məcburi göstəriş verildi . Baş verənlərdən sonra Zeynalov Elçin Əbülfət oğluna məxsus şadlıq sarayını icarəyə götürən Azər Əliyev və Məcid Qurbanov adlı şəxslər qanunsuz əməllərinin üzə çıxdığını görəndə Qarabağ müharibəsi iştirakçısı adından sui-istifadə edərək məni şantaj etməyə , böhtan atmağa və hədələməyə başladılar . Özlərini Azər Əliyev və Məcid Qurbanov kimi təqdim edən şəxslər dəfələrlə mənə zəng etdi , müharibə iştirakçısı olduqlarını bildirərək məni hədələdilər və şikayətimi geri götürməyimi tələb etdilər . Şikayətimdən imtina etməyəcəyim təqdirdə yaşadığım evə qumbara ataraq məni ailə üzvlərimlə birlikdə məhv edəcəklərini bildirdilər . Ailə üzvlərimin təhlükəsizliyini düşünərək şikayətimdən imtina etməyə məcbur oldum . Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmişə çıxışlarında qeyd edir ki , vətəndaşlar ayıq-sayıq olmalıdır ,  üzləşdikləri neqativ halların və onları narahat edən problemlərin həlli ilə bağlı aidiyyatı dövlət orqanlarına , ehtiyac yaranarsa Prezident Administrasiyasına müraciət etməkdən çəkinməməlidir . Vətəndaşın vəzifəsi onu narahat edən problemlə , üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı aidiyyadı dövlət orqanlarını məlumatlandırmaqdır .Tədbir görmək isə aidiyyatı dövlət orqanlarının səlahiyyətinə aiddir . Vətəndaşın əlindən dövlət orqanına şikayət etməkdən başqa nə gəlir . Ekoloji vəziyyətin dözülməz həddə çatması ucbatından oksigen balonundan və əleyhqazdan istifadə etmək məcburiyyətində qalmışam . Hər hansı bir vətəndaşın şikayət edib etməməsindən asılı olmayaraq ekoloji qanunvericiliyin tələblərinin pozulması ilə bağlı tədbir görmək Ekologiya Təbii Sərvətlər Nazirliyinin vəzifə borcudur . Hər hansı bir vətəndaş şikayət etməsə Ekologiya Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirməzmi ? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev atmosferin , ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması üçün göstəriş verib . İnsanların sağlamlığı ilə bağlı verdiyi göstərişə görə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarıq . Bəzi həddini bilməyən , qanunlara itaətsizlik edən Azər Əliyev və Məcid Qurbanov kimi şəxslər Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişini müzakirə predmetinə çevirməyə cəhd edir . Ölkə Prezidentinin göstərişi müzakirə predmetinə çevrilə bilməz , dərhal icra edilməlidir . Şər və böhtanlarının faydasız olduğunu görən Azər Əliyev və Məcid Qurbanov adlı şəxslər müharibə iştirakçısı adından sui-istifadə edərək qanunsuz əməllərini örtbasdır etmək üçün üz tutub kütləvi informasiya vasitələrinə ki , bəlkə bir çıxış yolu tapıldı . Azər Əliyev və Məcid Qurbanov kimlərinsə diktəsi ilə şou düzəldib şər , böhtan atmaq əvəzinə fəaliyyətlərini dövlətin mövcud qanunvericiliyinin tələblərinə uyğun qursalar daha yaxşı olar . Azər Əliyev və Məcid Qurbanov kimi böhtançılar heç vaxt kütləvi informasiya vasitələrini özlərinin çirkin oyunlarına ortaq edə bilməyəcək . Çünki ölkəmizdə kifayət qədər dəqiq , qərəzsiz və vicdanlı kütləvi informasiya vasitələri fəaliyyət göstərir . Azər Əliyev və Məcid Qurbanov Ceyranbatan qəsəbəsinin sakinləri deyil . Azər Əliyev Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayır . Suraxanıdan durub gəlib məni oturduğum yerdə , evimin içində narahat edir və bu azmış kimi şikayətçi vətəndaş olaraq mənə böhtan atmaqdan belə çəkinmir . Bu nə deməkdir ? Görəsən Azər Əliyev , Məcid Qurbanov adlı şəxslərə və onların himayədarlarına kim ixtiyar verib ki , insanları narahat etsin . Mənim Azər Əliyev və Məcid Qurbanov kimi böhtan atan şəxslərlə işim olmaz . Dövlət var , dövlətin aidiyyatı orqanları var , əminəm ki , lazımi tədbirlər görüləcək . Onu da nəzərinizə çatdırmaq istəyirəm ki , mən jurnalist deyiləm və heç bir jurnalist fəaliyyəti ilə də məşğul olmuram . Mən sıravi bir Azərbaycan vətəndaşıyam və 20 ildir Ceyranbatan qəsəbəsində yaşayıram . Hər bir vətəndaşın sağlam ətraf mühitlə təmasda olmaq hüququ var və bu hüququ heç kim məhdudlaşdıra bilməz . Bir vətəndaş olaraq hüququmu tələb etmək üçün hansısa vəzifəni daşımağıma ehtiyac yoxdur . Mənim üçün ən böyük vəzifə və məqam pasportumda yazılmış Azərbaycan Respublikasının vətəndaşı sözləridir . Şükürlər olsun ki , hüquqi , dünyəvi , demokratik ölkə olan Azərbaycanda yaşayırıq . Qanun həmişə haqqlının yanındadır , güclünün yanında deyil . Hörmətli Şahin Əhmədov ! Obyektivliyinizə inanıram . Azər Əliyev və Məcid Qurbanov adlı şəxslərin mənim barəmdə yazdıqlarının yalan və böhtan olduğunu təsdiq edən bütün rəsmi sənədlər var , bir hissəsini sizə təqdim edirəm . Sizin vasitənizlə Azər Əliyev və Məcid Qurbanov mənim şərəf və ləyaqətimi alçaldaraq böhtanlar yağdırır . Azər Əliyev və Məcid Qurbanov adlı şəxslərin barəmdə yazdığı böhtan xarakterli şikayət ərizələrinə cavab olaraq müraciətimin olduğu kimi dərc edilməsini və barəmdə xüsusi sifarişlə dərc edilən böhtan xarakterli yazıların dayandırılmasını Sizdən xahiş edirəm .

    Əvvəlcədən minnətdarlığımı bildirirəm !

Qoşma : Mətbuatı özlərinin çirkin oyunlarına ortaq etmək istəyən Azər Əliyev , Məcid Qurbanov və
               onlarla əlbir olan şəxslərin barəmdə səsləndirdiyi fikirlərin ağ yalan , şər və böhtan  
               olduğunu təsdiqləyən sənədlərin bir qisminin surəti 10 vərəq
 

  Dərin hörmət və ehtiramla , 

           Kamran Səxavət 
Abşeron rayonu Ceyranbatan qəsəbəsi 
   Seymur Quliyev küçəsi ev 10 
         tel : 050 348 39 82 
         29 aprel 2019-cu il                                                                                                                                                                 PS:Hörmətli Kamran bəyin nəzərinə çatdırıq ki. Siam .az saytı heç vaxt sifarişlə yazı yazmayıb, biz yalnız vətəndaşlarımızın (kimliyindən asılı olmayaraq) məktublarını dərc edirik.Eynilə sizin məktubunuzu dərc etdiyimiz kimi.
Tarix: 1-05-2019, 21:23
Xəbəri paylaş





Xəbər lenti