Penitensiar Xidmət daha bir vəkildən şikayət edib- AMMA ORTADA SÜBUT YOXDUR



Azərbaycanda daha bir vəkilin cəzalanması üçün Vəkillər Kollegiyasına şikayət olunub.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu dəfə Penistensiar Xidmət vəkil Fariz Namazlıdan şikayət edərək onun cəzalandırılmasını istəyib. PX qeyd edib ki, F.Namazlı Qobustan qapalı həbsxanasına daxil olarkən yoxlama zamanı müəssisənin əməkdaşlarını təhqir edib.

Namazlı isə bu iddianı rədd edib və həmin anı əks etdirən videogörüntülərin təqdim edilməsini istəyib, lakin ona “videokameraların yaddaş qurğusu yoxdur” cavabı verilib.

VK-nın İntizam Komissiyası şikayətə Rəyasət Heyətinin iclasında baxılması haqda qərar qəbul edib.

Qeyd edək ki, Penitensiar Xidmət bundan əvvəl eyni məzmunlu şikayətlə vəkil Yalçın İmanovun cəzalanmasına nail olub.

Hər iki şəxs Azərbaycanda siyasi məhbusların vəkilləri olub. Beynəlxalq qurumlar Azərbaycanda müstəqil vəkillik institututunun sıradan çıxarılmasından narahatlığını ifadə edib.

Tarix: 5-05-2019, 08:05
Xəbəri paylaş





Xəbər lenti