“KÖHNƏ BƏYLƏR BELƏ OLMUR, BƏY OĞLU” !!!



LƏTAFƏT MƏLİKOVADAN RASİM MUSABƏYOVA GÜLLƏ KİMİ SÖZLƏR !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Rasim Musabəyov, bəlkə məni tanımazsnız. Mən Lətafət Məlikovayam. Siz Müsavat Partiyasında Divan üzü, yəni Müsavatın genralı olanda, men siravi üzv idim. Yəni əsgər. Sonra Siz genrallıqdan istefa verdiniz. Bu yükü daşımaq Sizlik olmadı. Çox ağır idi. Mən isə yükü bu zərif xanım çiynilərimdə illərdi sevə-sevə daşıyıram. Men yenə də esger olaraq qaldım. Çünki haqq bildiyim yerdə idim. İndi də haqq bildiyim yerdəyəm. Siz deputatsınız. 5 mindən yuxarı maaş alırsınız. Mən Müsavat Mesclisinim üzvü və QHT sədriyəm. Heç bir yerden nə qrant , nə də maaş almıram. Siz dünən bir qızçığazın çörəyinə bais oldunuz. Halbuki yanınzda oturan deputatların əksəriyyəti qanunsuz əməllərlə məşğuldur. Siz onların qanunsuz əmlakların bircə dəfə dilinizə gətirin. Neft gəlirlərinin necə havaya sovurlduğunu, ofşor zonalara yatırıldıdığını, İlham Əliyevin qızlarının heç bir yerdə işləməyə-işləməyə milyonluq mülklərə nece malik olduqlarınn sual ediniz. Nazirlərə sual ünvanlayın ki, bu var dövleti haradan qazandınız? Korrupsiyadan danışın, dövlət büdcəsinin talanmasından yazın. Sizin əlləriniz düşərlidir. O dəqiqə eşidəcəklər. Siz ictimai dəstəkdən danışırsınız. Vallah mənim yazdıqlarım ve çəkdiklərim ictimai dəsteyini alır. İsteseniz son Videoma baxın. Dializ xesteleri haqqında cəkdiyim son video 857 dəfə paylaşılıb, 20 min baxışı var. Amma hökumetden destek almadıq. Bəlkə bunu da nəzarətinizə götürəsiniz? Analar illerdi uşaq pulun gözləyirlər. Gənçlərə yaşamaq üçün ev lazımdır. “Sosial evlər” ideyası necə oldu? Xəbər alın . Bəlkə dəfn ediblər, xəbərimiz yoxdur? Hər ay yolların tikintisinə milyonlar ayrılır . Bəlkə bu məsələni də qaldırasınız ki, dünən tikilən yollar bu gün niyə çökür?! Sual edin. Bakının kenarında 500 min evlərin sənədi yoxdur. Nə vaxt sənədləşdiriləcək?.  Ailəyə məxsus zavodlarda işçilərlə qul kimi rəftar edilir. Fakt istəyirsiniz? Gəlin, göstərim… 

Suallarım çoxdur… 

Keçək Kürdəmirə. İllər bundan qabaq Kürdəmirdə kanalzasiya tikintisi üçün miyonlar ayrıldı. Nə pul var, nə kanalzasiya. Kürdəmirdə Sovet hakimiyyətinin illərində tikilən bütün JEK binaları itismar müddƏtini bitirib. Əhali qəza veziyyətli evlərdə ölümlə üzbəüzdür. SMK deyilən Aran qəsəbəsində sabah uçan evlerdn Azərbaycan qəzası baş verecek. Hər ay məktəb müəllimlərindən mecburi qaydada 20-30 manat pul toplanır. Kürdəmiri yaşıllaşdırmaq üçün. Hara xərclənir,müəllimlərdən toplanan pullar. İstismar müddərtini bitirmiş Kürdəmir 1 saylı məktəbdə 1000- lərlə uşaq təlim-tərbiyə alır. Antisanitariya baş alıb gedir…

Xəstəxanalar dövlətdən “xəbərsiz” pullu sistemə keçib. Uşaqlar dünyaya gələrkən həm xarici borcla, həm də imkansız atasının qonşudan alıb doğum evinə ödədiyi borcla doğulur. İşsizlik, narkomaniya baş alıb gedir. Bunları sizə ona görə dedim ki, bizim deputatımız Müslüm Məmmədov itkin düşüb. Onu oralarda görsəniz deyərsiniz. Deyərsiniz ki, mən bir qızcığazın çörəyinə bais oldum. İmkanı çatsa, o da Kürdəmir Bazarında qul kimi çalışan uşaqları da işdən azad etsin…

Kürdemirde 15-16 yaşlı kənd qızları ərə verilir. Valideynleri onları oxutmaq üçün vəsait tapa bilmir. Küçədən qaçırılır. Polislə əlbir olub ört-basdır edilir… 
Nə isə… O qədər deyiləsi dərdimiz var ki, … Sadəcə o qızcığazı düşün. Bu gün cörek yedimi? Necə yatdı, Sizə üreyində ne söylədi? …

Büdcəni dağıdan popkorn satan qızçığaz deyil. Sizsiniz, yanınızda əyləşən deputat yoldaşlarınızın əksəriyyətidi, Prezidentinizin təyin etdiyi icra baçşılarıdır, məmurlardır. Kimlər, kimlər….. Yaxşı bilirsiniz… 

Papağınızı qarşınıza qoyub düşünün. Köhnə bəylər belə omur, Bəy oğlu! …

Tarix: 9-05-2019, 14:19
Xəbəri paylaş





Xəbər lenti