Rüşvətə görə işdən çıxarılan gömrük rəisi nazirin əmisi oğludur

          Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.
“AzPolitika.info” xəbər verir ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Bbununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.
Unikal.org R.Babayevlə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi oğludur.
Tarix: 20-05-2019, 23:30
Xəbəri paylaş





Xəbər lenti