“Fuad Abbasov ermənilərin fitvası ilə həbs edilib” – ELDAR SABİROĞLU PREZİDENTƏ MÜRACİƏT ETDİ

 Keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu juranlist Fuad Abbasovun Rusiyada qanunsuz olaraq həbs edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Prezident!
Tanınmış jurnalist Fuad Abbasov ermənilərin fitvası ilə həbs edilərək. Moskva şəhər milisinin təcridxanalarından birində yerləşdirilmişdir. Vəkilinin açıqlamasına görə o, tutularkən möhkəm döyülmüş və ağır işgəncələrə məruz qalmışdır. Hansı cinayəti törətmişdir ki, onunla rus milisi bu cür davranış nümayiş etdirmişdir. Hazırda F. Abbasov üç gündür təcridxanadadır. Birinci dəfə eşidirik ki, deport olan adamı qatı cinayətkar kimi təpiyin altında əzirlər. Fuad Türkiyə və Azərbaycan üçün Rusiyanın mərkəzi televiziyalarında tək canı ilə vuruşurdu. Cəmiyyətimiz rus milisinə və sifarişçilərə bu münasibətə görə çox hiddətlidir.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm, tezliklə məsələyə müdaxilə edərək Fuad Abbasovun azadlığa buraxılmasına köməklik göstərəsiniz. Buna hazırda çox ciddi ehtiyac vardır və bu addım əhali tərəfindən böyük rəğbətlə qarşılanar.
Hörmətlə Eldar Sabiroğlu
21 may 2019”.
Hurriyyet.org
Tarix: 22-05-2019, 00:03
Xəbəri paylaş





Xəbər lenti