Belarusda saxlanılan azərbaycanlı “qanuni oğru”ya ittiham irəli sürüldü

Belarusda saxlanılan azərbaycanlı “qanuni oğru”ya ittiham irəli sürüldü

Rəşad Gəncəli kimi tanınan “qanuni oğru” və onun əlaltıları 2018-ci il noyabrın 23-də Minsk rayonunun mehmanxana komplekslərindən birində saxlanılıblar.

Reyting.az-ın Belarus mətbuatına istinadən verdiyi xəbərə görə, icarəyə götürülən evdə və onların şəxsi avtomobilində “Makarov” tapançası, 14 döyüş patronu və həşiş aşkar olunub.

Cinayət işi qaldırılıb. 41 yaşlı Azərbaycan vətəndaşı, onun 42 yaşlı həmyerlisi və 35 yaşlı Brest vilayəti sakininə qarşı ittiham irəli sürülüb.

İstintaq müəyyənləşdirib ki, cinayətkar dairələrdə nüfuzlu olan 41 yaşlı Azərbaycan vətəndaşı dəfələrlə ağır cinayət törətdiyinə görə məsuliyyətə cəlb olunub. O, uydurulmuş bir şəxsin adına saxta Rusiya pasportundan istifadə edərək Belarus sərhədini keçib və Minksdəki müxtəlif oyun yerlərinə gedib.

Məlumata görə, Rəşad Məmməd oğlu İsmayılov (Rəşad Gəncəli) Ukraynadakı Azərbaycan diasporuna nəzarət edən kimi tanınır. Rəşad Gəncəli və onun cinayətkar qrupunun saxlanılan iştirakçıları dəfələrlə Rusiya və Ukraynada administrativ və cinayət məsuliyyətinə cəlb ediliblər.

Bu dəstənin Rusiyanın və Ukraynanın müxtəlif regionlardakı ticarət mərkəzlərində və topdansatış bazarlarında Azərbaycandan olan biznesmenlərə qarşı da müxtəlif cinayətlər törətdikləri bildirilir. 
Tarix: 27-05-2019, 20:30
Xəbəri paylaş





Xəbər lenti