"Mən düz deyirəmsə, niyə parlamentdə kimsə mənim yerimi tutub? - ŞOK İTTİHAM...






Keçmiş həmkarınız Aydın Mirzəzadə dilinin bəlasına düşdü. Heç siz də nə zamansa "dilim-dilim olasan, dilim" dilemması qarşısında qalmısınızmı?

Moderator.az əməkdaşının bu ritorik sualına keçmiş diplomat, eks millət vəkili və tanınmış publisist-jurnalist Xeyrəddin Qoca çox ibrətamiz cavab verib:
"Mən Milli Məclisin deputatlarının danışıqlarını "redaktə" etməkdən yoruldum! Biri deyir (indi deyə bilmir) "Rusiyada alver edənlər atxoddurlar", biri deyir "müəllimlər pul qazanmaq istəyirlərsə, işdən sonra kartof-soğan əksinlər", "süpürgəçilik gözəl işdir, gündə 3 saat işləyirlər 300 manat alırlar", "biri deyir "180 manata bir ay yaşamaq olar", biri deyir "gəlin, himnimizi dəyişdirək, uzundur, xoşuma gəlmir", biri deyir "sosial medianı ləğv edək", biri deyir "yer üzündə bizdən böyük millət yoxdur!", biri deyir "Bakıdan gözəl şəhər yoxdur!", biri deyir "filankəs peğəmbərdir", biri deyir "Paşinyan Qarabağa gələndə onu snayperlə vurun", bununla da qalmır, deyir "Ermənistan özünə baş nazir tapar" (?!), biri deyir "Xankəndi aetoportunu vurun"...

Vallah, biabırçılıqdır! Ayıbdır! Hələ bəzi deputatların siyasətdən xəbərsiz olduqlarınə demirəm! Demirəm ki, efirlərdə, xalq qarşısında məntiqli, mənalı, məzmunlu danışa bilmirlər! Milli Məclisdə deyilənlərin çoxu xalq arasında lağlağıya çevrilir!

Yaltaqdan, simasızdan deputat olar? Hansı birini deyim? Hələ biri deyir "ermənilər bizim torpaqlarda səngərlərdə əyilə-əyilə gəzirlər". Səngərdə başı dik gəzərlər ki, güllə ilə vurub öldürsünlər? Sonra da deyir ki, "ermənilər burada günəş işığına həsrət qalıblar". Nə bilirsən? Mən də deyirəm ki, onlar yeri gələndə bizim torpaqlarda günəşin istisində qaralırlar! Hələ yallı da gedirlər! Bizim torpaqlarda Azərbaycan dilində meyxana da söyləyirlər! Qızlarımız, gəlinlərimiz əllərində hələ də əsirdirlər! Baxın, görün, bəzi deputatlar düz deyirlər, yoxsa mən düz deyirəm? Mən düz deyirəmsə, niyə MM-də kimsə mənim yerimi tutub? Həm də tək mən deyiləm, çox hörmətli, şəxsiyyətli, tanınmış, sözünün, danışığının yerini bilən insanların yerini tutanlar var!

Vaxtilə Heydər Əliyev Bəxtiyar Vahabzadənin deputatlığa təkrar namizəd olmasını təklif edəndə, Bəxtiyar müəllim yaşının çoxluğunu, yorulduğunu bildirmiş, Heydər Əliyev də demişdi ki, "sizin Milli Məclisdə olmağınız məclisin hörmətini, çəkisini artırar"...

"Deputat necə olmalıdır" sualını onları seçən xalqın öhdəsinə buraxıram..."
Tarix: 2-06-2019, 12:08
Xəbəri paylaş





Xəbər lenti