İCRA BAŞÇISI GENERALLA QUDA OLDU – Hakim elitada daha bir ittifaq

 Azərbaycanın hakim elitasında daha bir ittifaq-qudalığın əsası qoyulub.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovla qohum-quda olub – başçının qızı generalın qardaşı oğlu ilə ailə qurub. Toy mərasimi iyunun 11-də Bakının prestijli şadlıq saraylarından birində baş tutub.
O.Zalovun qardaşının iş adamı olduğu bildirilir.Allah xoşbəxt eləsin!
Tarix: 13-06-2019, 09:57
Xəbəri paylaş





Xəbər lenti