“Şorgöz kişilərimiz hayqanuşları görən kimi bər-bəzəyə cumub bu xalqın evini yıxdılar”



“Kirvəlik bəhanəsi ilə hayqanuşları doldurduq evlərimizə”



“Azərbaycan cümhuriyyətini dəyərləndirməmək özünü dəyərləndirməmək kimidir. Dünyada sayca bizdən çox olan xalqlar, millətlər var ki, dövlətçilikləri yoxdur. Azərbaycan isə Şərqdə ilk demokratik respublikadır. Bu xalq da böyük xalqdır, bu xalqın başında Dədə Qorqudlar durub, demortaik respublikasını Məhəmməd Əmin Rəsulzadə kimi insan yaradıb. Xalqımız böyük, gözəl olduğuna görə içindəki yaramazlıqların sayı artdı, həmçinin gözəlliklərini dərmək istəyənlər çoxaldı. Bəlkə də bizim bəlamız elə gözəlliyimizdə oldu”.

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. 

Xalq şairi sonra bir tarixi məsələni də xatırladıb: 

“Mircəfər Bağırova qədər Azərbaycana 4 dəfə erməni rəhbərlik edib. Bu millət güclü olub ki, hələ də salamat qalıb. Şavrova adlı tarixçi yazır ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1839-cu ilə qədər Azərbaycan ərazisinə 2 milyon 700 min başqa millətlər – almanlar, kürdlər, yəhudilər, estonlar, latışlar və s. köçürüldü. Onu da qeyd edir ki, köçürülənlər arasında 1 milyon 200 min erməni olub, hər iki cinsdən. Yazır ki, yerli əhalisinin sayı cəmi 1.17 milyon olan əraziyə yerli əhalinin sayından 2 dəfə çox insan köçürüldü. Bunu erməni yazır”. 

“Bizim də şorgöz kişilərimiz hayqanuşları görən kimi bər-bəzəyə cumdular və yıxdılar bu xalqın evini. Kirvəlik bəhanəsi ilə hayqanuşları doldurduq evlərimizə. Bunun qabağında hələ də xalqımız salamat qalıbsa, böyük xalqdır. Buna görə də müstəqilliyimizin qədrini bilməliyik. Xaricə gedib gələndə bizi sərhəddə öz millətimizin nümayəndəsi qarşılayırsa, fəxr etməliyik” – deyə Vahid Əziz vurğulayıb.
Tarix: 13-06-2019, 23:33
Xəbəri paylaş





Xəbər lenti