"Əhəd Abıyev qardaşıma deyib ki, sən onları öldür..." - Sənay Yağmurun anası



"Əhəd Abıyev (Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısını nəzərdə tutur - red) qardaşıma (bu sözü yazmaq daha mənə yad gəlir) Kamal Abıyevə deyib ki, sən onları öldür, qanlarını mən batıracam".


Pravda.az xəbər verir ki, bu sözləri xalası oğlu tərəfindən zorlandığı iddia olunan Sənay Yağmurun anası Zümrüd Yağmur bildirib.


"Səs yazısı var, amma bunu deyən adam kimliyinin bilinməsini istəmir, təbii. Burdan yazıb bəyan edirəm, mənim və övladlarımın həyatına hansısa təhlükə olarsa, məsuliyyəti Əhəd Abıyev daşıyacaq. Bir həftədir, bütün sübutlar sosial mediada yayılıb, amma Baş Prokurorluq hələ rəsmi münasibətini ortaya qoymayıb. Cinayətkar həbs olunmayıb. Kimdir bu cinayətkarın himayadarı?" - Z.Yağmur qeyd edib.
 
Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi. Mövqeyini dərc etməyə hazırıq.
Tarix: 16-10-2021, 15:24
Xəbəri paylaş





Xəbər lenti