Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Kovdadıq kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarov kənd İƏD
üzrə nümayəndəliyin Kovdadıq kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar
şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Kovdadıq kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Kovdadıq kəndinin 173 hektar ərazisi, 37 təsərrüfatı, 183
nəfər əhalisi var. Ərazidə 1 məktəb faəliyyət göstərir. Kənd sakinləri əkinçilik
 maldarlıqla məşğul olurlar. Sakinlər 81 baş iribuynuzlu, 110 baş
xırdabuynuzlu heyvan, 395 baş quş, 32 arı ailəsi saxlayırlar.
Son üç ildə Kovdadıq kəndində su arxları 800 m məsafədə lildən təmizlənib,
kəndarası yollar 450 m məsafədə çınqıl daşları ilə təmir olunub, kənd
ərazisində müxtəlif növ ağac əkilib, yol kənarları alaq otlarından təmizlənərək
səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Qaraca Quliyev bələdiyyə
tərəfindən icarəsinə torpaq sahəsinin ayrılması, Elbrus Hüseynov yeni tikilmiş
evinə qaz xəttinin çəkilməsi, Nuranə Xəlilova kəndə marşurut xəttinin açılması
və Bildirçinli-Rəcəbli kəndlər arası avtomobil yolunun asfaltlanması, Sənubər
Hüseynova mənzi növbəsinin tezləşdirilməsi, Ofeliya Rəcəbova su arxlarının
təmizlənməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələ ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıq verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: Bu gün, 20:47
Xəbəri paylaş





Xəbər lenti