“Bakıxanov-Çörək” zavodu CƏRİMƏLƏNİR


Bakının əsas çörək zavodlarından olan “Bakıxanov-Çörək” ASC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, çörək zavodu ilə bağlı aparılan araşdırma zamanı müəssisənin bəzi nöqsanlara yol verdiyi məlum olub. Belə ki, çörək zavodunun İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 578.1-ci maddəsini pozduğu müəyyən edilib. Tələbi pozulan maddəyə əsasən, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
“Bakıxanov-Çörək”lə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Anar Rzayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Bakıxanov-Çörək” zavodunun (“Sərham” MMC) direktoru Hicri Nəbiyev Rasim oğludur. Zavodun bundan əvvəlki direktoru isə Rasim Nəbiyev Cəfər oğlu idi. MMC 2008-ci ildə təsis edilib. Nizamnamə kapitalı cəmi 20 manatdır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tarix: 10-10-2024, 20:50
Xəbəri paylaş





Xəbər lenti