Deputat Azərbaycanda polislərin maaşının iki dəfə artırılmasını təklif edib


Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.
“Report”un xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”.
Tarix: 11-11-2021, 12:37
Xəbəri paylaş





Xəbər lenti