General Hikmət Həsənovun yalanı ifşa olundu -DİQQƏT FOTOYA

Adı  “Tərtər İşgəncələri”ndə çəkilən general-mayor  Hikmət Həsənovun Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında olmaması diqqətdən yayınmadı.
 
Sosial şəbəkələrdə və mediada yazılan şərhlərdə generalın “Tərtər işi”nə görə “vurulduğu” qeyd olunsa da Hikmət Həsənov mediaya açıqlamasında bunu hərbi hospitalda müalicə alması ələ əlaqələndirib:
“10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.
Gununsesi.info isə generalın həmin olay zamanı yaralanmadığını əks etdirən foto əldə edib.
Həmin fotoda minaya düşmüş zirehli maşın və onun qarşısında kamera qarşısında dayanan Hikmət Həsənov əks olunub.
Görünür, cinayət məsuliyyətindən kənarda qalan general bu cür yalan uydurmaqla ictimai qınaqdan da qurtulmaq istəyir.
Yayılmış foto isə onun necə biri olduğunu bir daha təsdiqlədi.
 
Gununsesi.info
Tarix: 13-11-2021, 10:07
Xəbəri paylaş





Xəbər lenti