Bəxtiyar Hacıyev “Bandotdel”ə çağırıldı


“Bandotdel” kimi tanınan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) dəvət edilmişdim. Üç il əvvəldən başlayan, son 8 ay ərzində intensivləşən mənəvi terror kampaniyasının bir qolu olan anonim Whatsapp nömrələri ilə bağlı son 3 ildə və son 8 ayda dəfələrlə DİN və DTX rəhbərliyinə müraciətlərim olmuşdu ki, tapın bu adamları. Nəhayət, bir neçə gecə əvvəl ofisdə köhnə proqramlaşdırma bacarıqlarımı işə salıb, sadə bir kod yazdım və bu mesajların arxasında dayananlarla bağlı təkzibedilməz sübutlar topladım, təqdim etdim DTX və DİN-ə. Məlumat verdilər ki, həmin şəxsi (texniki məlumatlarını verdiyim) saxlayıblar, həmin şəxslə üzləşmə keçirildi.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə siyasi fəal Bəxtiyar Hacıyev bildirib.
 
“Araşdırmanın gedişinə təsir etməmək üçün əlavə məlumatlar verməyəcəm. Bu mərhələdən sonra iş DİN BMCMİ-ə qalıb. Ümid edirəm ki, adamın arxasında dayanan, ictimai-siyasi mühiti söyüş mühitinə çevirməyə çalışan sifarişçiləri də taparlar. Onun saxlanmasında rolu olan DİN əməkdaşlarına isə təşəkkür edirəm, təbii ki, 8 aydır 2 qurumun tapmadıqları təkzibedilməz faktları əldə etdiyimə görə özümə də” – B.Hacıyev qeyd edib.
Tarix: 18-11-2021, 21:14
Xəbəri paylaş





Xəbər lenti