“Bir başlıqla sənin həyatını bərbad vəziyyətə qoya bilərlər, çünki...”




“Bir başlıqla sənin həyatını bərbad vəziyyətə qoya bilərlər, çünki...”
“İnsanlar müğənniləri tənqid və təhqir etmək üçün səbəb axtarırlar. Söhbət təkcə məndən getmir, ümumiyyətlə bütün müğənnilərdən danışıram. Elə bil ki, gücləri müğənniyə çatır, çünki müğənnilər boş verirlər, mərdimazarlıq etmək istəmirlər. Həyatda səhvsiz insan yoxdur. Niyə xüsusilə müğənnilər? Yaxşı oxuyana pis oxuyan deyirlər, yaxşı geyinənə zövqsüz deyirlər. Aqressiya yalnız sənət adamlarının üzərində köklənib. Qanunla sənət adamları həmin təhqir yazanları polisə verib, cəzalandıra bilər. Onlar düşünmürlər ki, etdikləri pisliklər, yazdıqları mənfi rəylər insanın özünə qayıdacaq. Bu təkcə insanlarda belə deyil, qeyri-peşəkar saytlar var ki, bir başlıqla sənin sənətini bərbad vəziyyətə qoya bilərlər. İnsanlarda səbr qalmayıb ki, yazını sona qədər oxusun, oxuyan da başlığı oxuyur, sonra başlayır mənfi rəylərini yazmağa”
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Müğənni “Nə vaxtsa sizə cadu olunub?” sualına isə belə cavab verib.
 
“Hədislərdə dövrümüzə gəlib çıxır ki, qəbirstanlıqda yatanların hamısı öz əcəlləri ilə dünyalarını dəyişməyib, burada fitnə-fəsad işləri də var. Allah bizə bəd-nəzərdən, nəfsdən qorunmaq üçün Fələq, Nas, Ayətül-kürsü, Bəqərə sürələrini nazil edib. Allah bizi şər qüvvələrdən qorusun. Bir müddət olub ki, mənim həyatımda da bu cür hal baş verib. Şükürlər olsun ki, dualar vasitəsilə bəla aradan qalxır. Həmin ərəfədə mənə məsləhət verdilər  ki, dualar et” deyə müğənni bildirib.

Tarix: 20-11-2021, 09:12
Xəbəri paylaş





Xəbər lenti