Jurnalistlər Saleh Rüstəmliyə azadlıq tələb edir

Jurnalistlər Saleh Rüstəmliyə azadlıq tələb edir:
Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli haqqında bu günlər hamı yazır. Artıq hamı bilir ki, Saleh Rüstəmli azadlığı üçün ölüm aclığına başlayıb, bu gün isə aclığın 18-ci günüdür.
Saleh bəy inadla davam edir: ya haqq etdiyi azadlığı əldə edəcəyinə, ya da cansız cəsədinin cəza evindən çıxarılacağına israrlıdır.
Ona verilən cəzanın siyasi mülahizələrlə seçildiyi, tətbiq edildiyi gün kimi aydındır. Saleh bəy qanun pozuntusu sayıla biləcək heç bir əmələ yol verməyib.
Aclıq aksiyası, ölüm aclığı qərarı sıradan bir etiraz aksiyası deyil. Bu, bir iradə məsələsidir. Öz əməlində zərrə qədər də olsa, günah elementinin varlığını hiss edən şəxs belə qəti qərar verə bilməz. Yəni hamının bildiyi həqiqəti Saleh Rüstəmli hamıdan daha artıq bilir ki, o, günahsız olduğu halda cəzalandırılıb.
Adətən, bu cür hallarda belə bir ifadəyə üstünlük verirlər: «hətta günahı olubsa da, artıq 4 ilə yaxındır həbsxanadadır və onu azad etmək mümkündür».
Buna görə də, biz də bu ifadəni seçərək dövlət qurumlarına, dövlət başçısına və bu qərarı vermək səlahiyyəti olanlara müraciət edirik. Saleh Rüstəmlinin həbsxanada başlatdığı bu aksiya günahsız cəzaya qarşı dirənişdir, bu aksiya davam edərsə onun labüd ölümü Azərbaycanda çox arzuolunmaz presedent yaradacaq. Elə Azərbaycan üçün də çox arzuolunmaz presedentlər yaradacaq.
Saleh Rüstəmli ziyalı və yetkin bir şəxsdir. Nə etdiyini, hansı qərarı verdiyini çox yaxşı dəyərləndirə bilən insandır. Biz onun həyatı üçün nə qədər narahatıqsa, onun həyatının bitməsi ilə yarana biləcək həmin o arzuolunmaz presedentlərdən də o qədər narahatıq.
Buna görə də, həm dövlət rəsmilərinə, həm də bütün cəmiyyətə müraciət edirik:
  • Saleh Rüstəmlinin bir an öncə azad edilməsi üçün əlinizdən gələni əsirgəməyin!
    Biz onun azadlığını istəyirik!
    Imzalar:
Imzalar:
Natiq Cavadlı
Xədicə İsmayıl
Şahvələd Çobanoğlu
Xaliq Bahadır
Elnur Astanbəyli
Aynur Elgünəş
Rövşən Hacıbəyli
Fizzə Heydərova
Sevinc Vaqifqızı
Samir Kazımlı
Əfqan Muxtarlı
Ülkər Abdullayeva
Qənimət Zahid
Ramin DEKO
Elşən Balaxanski
Rahim Hacıyev
Alı Rza
Vidadi Məmmədov
Təzəxan Mirələmli
Pərviz Cəbrayıl
Xəyal Babayev
Çingiz Sultansoy
Elçin Rüstəmli
Arzu Abdulla
İlyas Babayev
Natiq Ədilov
Şəmşad Ağa
İlham Hüseyn
Sücəddin Şərifov
Qadir İbrahimli
Həbib Müntəzir
Şəhla Kərim
Şəmistan Həzi
Tapdıq Süleyman
Nərgiz Absalamova
Gülnaz Qəmbərli
Elmar Əzizov
Ruslan Nəsirli
Tatyana Kryuçkina
Fatimə Mövlamlı
Anar Xəyali
Sarvan Rizvanov
Zahir Əmənov
Nurlan Qəhrəmanlı
Xəyal Əzizov
Sevinc Sadıqova
Cavid Abdullayev
Teymur Kərimov
Tarix: 24-11-2021, 08:32
Xəbəri paylaş





Xəbər lenti