“İş adamına “torba” tikib, içini doldurub, ağzını möhkəm bağlayıblar”


İş adamı Rzayev Elxan Əsgər oğlu 1 saylı Bakı İstintaq Təcridxanasından səs yazısı göndərib və ictimailəçməsini istəyib. İş adamı bu müraciəti ölkə başçısına, İnsan Haqları üzrə müvəkkilə , hüquq müdafiəçilərinə ünvanlayıb. Mediadan həmin müraciətin yayılmasını xahiş edib. Müraciətdə Rzayev Elxan 30 aydır həbsdə olduğunu bildirir. Rzayev Elxan qeyd edir ki, vvəllər onun sürücüsü, anbardarı və hüquqi nümayəndəsi olan keçmiş polis işçisi Hüseynov İlyas Allaşükür oğlu bir neçə işçisi ilə birlikdə 2008-2015- ci illər ərzində ona xeyli zərər vurub. Sonradan isə əvvəldən yaxın münasibətdə olduğu Nəsimi Rayon Prokurorunun müavini Rauf Qasımovun əli ilə ona “torba” tikilib. Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Rüfət Allazov isə “torbanın” içini saxta materiallarla doldurub.
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Məhkəmə instansiyasında isə hakim Zeynal Ağayev həmin “torbanın” ağzını bağlayıb. Elxan Rzayev Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan mərhum edilib. İş adamı ona qarşı Cinayət Prosessual məcəlləsinin coxlu sayda maddələrinin pozulmasını, hətta son söz imkanından mərhum edilməsini bildirib.
İş hazırda apelyasiya instansiyasındadır. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesin gedişi Elxan Rzayevi qane etmir. İş adamının tələbi məhkəmənin istintaqla aprılmasıdır. O, hesab edir ki, apelyasiya məhkəməsi istintaq ilə keçirilərsə bütün saxtakarlıqlar üzə çıxacaq.
Azadlıq.info
Tarix: 24-11-2021, 08:52
Xəbəri paylaş





Xəbər lenti