Saleh Rüstəmlinin azadlığa buraxılması istənildi – YAP-çı deputatdan reaksiya



Bir qrup ictimai xadim Qarabağ müharibəsi qazisi, Gədəbəyin icra başçısı olduğu müddətdə rayonun Başkəndinin ermənilərdən azad olunmasında müstəsna xidmətləri olan Saleh Rüstəmovu azad etməyə, siyasi məhbuslar problemini həll etməyə və ədalətsiz məhkəmə hökmlərinə son qoymaq üçün məhkəmə islahatını aparmağa çağırıb.
 
Burada bir məqamı qeyd edək ki, S.Rüstəmlinin azadlığa çıxmaq şansı varsa da, AXCP sədri Əli Kərimli o şansı sıfıra endirməklə məşğuldur. Demək olar ki, hər gün çıxdığı canlı yayımlarda sabiq icra başçısının durumundan özünün PR-ı üçün istifadə edir. Belə təsəvvür yaranır ki, S.Rüstəmlinin həbsdə olması Əli Kərimliyə sərf edir, bunun üzərində özünü piarını qurur...
 
Rüstəmli ilə bağlı müraciətə hökumətin yanaşması necə ola bilər?
Ceyhun Məmmədov | Banker.az
Ceyhun Məmmədov: “Heç kəs belə məsələləri siyasi alver predmetinə çevirməməlidir”
YAP-çı deputat Ceyhun Məmmədov hesab edir ki, ümumiyyətlə, kimliyindən asılı olmayaraq hər kəs ölkə qanunvericiliyinə əməl etməli, ölkənin qanunlarını pozmamalıdır: “Kiminsə bir fəaliyyəti, üstünlüyü, ölkənin ərazi bütövlüyünə verdiyi töhfə o anlama gəlmir ki, qanunvericiliyə əməl etməməlidir. Bunu hamı nəzərə almalıdır. Hər kəs qanun qarşısında bərabərdir. Qanunun aliliyinə hamı əməl etməlidir. Birmənalı şəkildə bu belədir. İctimai-siyasi xadimlərin müraciətlərinə gəldikdə isə deyə bilərəm ki, bu hər kəsin haqqıdır. Müraciət oluna bilər. Bu məsələyə də hüquq, qanun çərçivəsində baxılmalıdır. Məsələ hüquqi yolla öz həllini tapmalıdır. Onunla bağlı vəziyyət məhkəmə orqanlarından asılıdır. Bir də həmin şəxsin öz əməlindən peşman olub-olmamasından da çox şey asılıdır. Əfv olunması, azadlığa buraxılması üçün istənilən şəxs yanaşmalarında, davranışlarında dəyişikliklər etməlidir. Əks təqdirdə həmin şəxsin yenidən cinayət hallarına yol vermə ehtimalları yüksəlir. Burada şəxsin özündən asılı olan məsələ əsasdır”.
Deputat bildirdi ki, heç kəs belə məsələləri siyasi alver predmetinə çevirməməlidir: “Təəssüf ki, bir sıra hallarda biz bunu görürük. Hansısa siyasi partiyalar, liderlər, siyasi xadimlər bu kimi məsələlərdən öz maraqları və məqsədləri naminə istifadə etməyə cəhd edirlər. Bu da yolverilməzdir. Dövlətimiz bütün məsələləri diqqətdə saxlayır. Müraciət edilib və hesab edirəm ki, aidiyyəti orqanlar bu məsələyə baxacaq. Buna uyğun qərarlar da qəbul olunacaq. Azərbaycan dövləti kifayət qədər humanistdir. Vəziyyətə uyğun addımlar atılacaq. Heç kim bu məsələdən öz siyasi maraqları naminə istifadə etməməlidir və edə bilməz”.
Novella Cəfəroğlu cəbhəyə getmək istəyir » Reyting.az
Novella Cəfəroğlu: “Əminliklə deyirəm ki, Salehi buraxsalar heç kim ondan istifadə edə bilməz”
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu S.Rüstəmlinin azadlığa buraxılmasını vacib sayır: “Saleh mənim yaxın dostlarımdan biridir. İndi kimsə Moskvadan ona pulu verib, o da Əli Kərimliyə gətirib. Bunun üstündə Salehə bu qədər iş vermək olarmı? Onun özü xəstədir. Moskvaya getmə səbəblərini hər kəs bilir. Övladı xəstədir. İndi də uşaq xəstə olaraq qalır. Buranın havası ona düşmürdü və onun üçün də orada həkimlərin yanında saxlayır. Digər tərəfdən Saleh I Qarabağ savaşında olmayan bir qəhrəmanlıq göstərib. Ermənilərə vaxtı ilə verilən Azərbaycan kəndini, yəni Gədəbəyin Başkəndinin Azərbaycan verilməsində müstəsna rol oynayıb. Bunu heç unutmaq olarmı? Onunla bağlı Monitorinq qrupu, hüquq müdafiəçiləri olaraq neçə dəfə müraciətlər etmişik. Şəxsi görüşlərdə də bu məsələni qaldırmışıq. Təkcə Salehi yox, siyasi motivli olan bütün şəxsləri azad etmək lazımdır. Siyasi məhbus məsələsini gündəmdən çıxarmaq lazımdır. Bu gün millətin bir yerdə olması, bir-birinə əl uzatması çox vacibdir. Əminəm ki, Saleh Rüstəmli, Elçin Məmmədli kimi siyasilər azad olunsa, digər məsələləri rahat şəkildə həll edə bilərik. Onu əminliklə deyirəm ki, Salehi buraxsalar heç kim ondan istifadə edə bilməz. İndiyə qədər ən çox məni narahat edən, hələ də ürəyimdə ləkə kimi qalan Gözəl xanımın həbs olunması, sonradan həyatını itirməsi oldu. Ölkəsini o çox sevirdi. Əli Kərimliyə görə bu qədər insana əziyyət vermək olmaz. Bunlar Azərbaycanı sevən insanlardır”.
Tarix: 24-11-2021, 16:36
Xəbəri paylaş





Xəbər lenti