““Prezidentin qulu olmağa hazıram” deyən nazir müavini Budaqovla bacanaq imiş


bitmap-img6

Məlum olduğu kimi, Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad edilən İsmayıl Sultan oğlu İsmayılovun verdiyi açıqlama ciddi qınağa tuş gəlib. 15 il nazir müavini olan şəxs vəzifəsindən azad olunması xəbərinə belə reaksiya verib: “Bugünkü sərəncam mənim üçün gözlənilməz oldu. Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram…”

Sabiq nazir müavinin “Prezidentin qulu olmağa hazıram” ifadəsini işlətməsi ilə bağlı bir çox şərhlər verilib. Hətta ölkəmizin demokratik, dünyəvi idarəetmə imicinə beynəlxalq xələl gətirə biləcək bu fikirə görə onun məsuliyyətə cəlb olunması da tələb edilib.

Azinforum.az sabiq nazir müavini ilə bağlı maraqlı bir xəbər əldə edib. Aldığımız dəqiq məlumatda bildirilir ki, qul olmaq istəyən sabiq nazir müavini Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla bacanaqdırlar.

Mənbə: Azinforum.az
Tarix: 1-12-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti