Saleh Rüstəmli ağrılardan yata bilmir


Bu gün, dekabrın 10-da vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.
Bu barədə vəkil özü məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmov aclıq aksiyasını davam etdirdiyini bildirib: “Artıq 35-ci gündür. Mənə dedi ki, ağrılardan yata bilmir. Çox halsız idi…”.
B.Bayramov əlavə edib ki, S.Rüstəmovun işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələlik, proseslər təyin olunmayıb. Ali Məhkəmənin Plenumundan bu işə yenidən baxılması, Nizami Rayon Məhkəməsindən isə S.Rüstəmovun səhhətinə görə azadlığa buraxılması istənilir.

Penitensiar Xidmət Saleh Rüstəmov barədə məlumat yayıb

Dekabrın 9-da Penitensiar Xidmət Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov barədə məlumat yayıb.
Məlumata görə, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanan S.Rüstəmovun qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və o, dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub: “Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda, respublikada səfərdə olan türkiyəli psixoloqların Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib”.
Sonda qeyd edilir ki, S.Rüstəmova dekabrın 7-də Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla da tibbi baxış keçirib: “Vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”.
Azadlıq radiosu
Tarix: 10-12-2021, 17:17
Xəbəri paylaş





Xəbər lenti