Qanqsterlər İnsan Hüquqları Bəyannaməsinə istinad edir


Vəkil Elçin Sadıqov
MTN-nin keçmiş yüksək vəzifəli şəxsləri olan Mövlam Şixəliyev və qeyriləri məhkəməyə verdiyi vəsatətlərdə, mətbuata çıxışlarında İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməyə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya istinad edirlər.
Çox güman ki, onlar bunu barələrində cinayət təqibi başlandıqdan sonra oxuyublar.
Halbuki, biz dəfələrlə onlara vəsatət və şikayətlər yazaraq insan haqlarını tanıtmağa çalışmışdıq.
Məmurlara arzu edirəm ki, insan hüquqları barədə bilgiləri həba edilməzdən əvvəl oxusunlar və hörmət etsinlər. Sonra öyrənmək fəsadlara yol açır.
Hər kəsi Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə təbrik edirəm.
Hüququnuz həmişə olsun!
Tarix: 10-12-2021, 17:18
Xəbəri paylaş





Xəbər lenti