Azərbaycanda 32 ildir, vəzifədə olan şəxs işdən çıxarıldı



Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.
 
28.05.1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.
 
Qeyd edək ki, Aftandil Hacıyev 15.01.1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildən Mərkəzi Əmanət kassasında kontroler, 1968-ci ildən Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 28.05.1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin ediib. 3 övladı, 7 nəvəsi var 
 
Xatıradaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.
 
Qaynarinfo
Tarix: 13-12-2021, 15:23
Xəbəri paylaş





Xəbər lenti