Aksiyaya qoşulanların sayı artıb

Həbsinə etiraz olaraq 39 gündür aclıq keçirdiyi deyilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun aksiyasına qoşulduqlarını açıqlayanların sayı artıb.
Bu barədə onlardan biri, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmovla həmrəylik məqsədilə dünən, dekabrın 13-dən başlayan aclıq aksiyasının iştirakçılarının sayı 7-yə çatıb: “Bu gün, dekabrın 14-də aclıq edənlərə AXCP üzvü Zəkrulla Nağıyev də qoşuldu”.
Verilən məlumata görə, aksiyaçıların arasında AXCP üzvləri, gənc fəal İlkin Rüstəmzadə və Saleh Rüstəmovun yaxınları var.
Hələlik, bu məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Aclıq aksiyasına qoşulduğunu açıqlayanlar var

Həbsdə 38 gündür aclıq aksiyası keçirdiyi deyilən və dekabrın 13-dən artıq sudan da imtina etdiyini açıqlayan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmova qardaşı Taleh Rüstəmov da qoşulduğunu bildirib.
T.Rüstəmov deyib: “Elə ona görə mən də quru aclığa başladım. Saleh 20 kiloqrama yaxın çəki itirib. Bu gün, dekabrın 13-də isə bizi onunla görüşə buraxmadılar, dedilər ki, gedin ayın 20-də gələrsiniz”.
AXCP sədrinin müşaviri Məmməd İbrahim də dekabrın 13-dən S.Rüstəmovun müdafiəsi məqsədilə aclıq aksiyasına başladığını açıqlayıb.
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu
Tarix: 14-12-2021, 22:33
Xəbəri paylaş





Xəbər lenti