Bu yazı Saleh bəyin adını belə çəkməyənlərədir

Çingiz Sultansoy
Hələ cavan vaxtlarımda hansısa jurnalda ya ola bilsin aforizmlər toplusu kitabında məşhur alman şairi, publisisti, felyetonisti, Heinrich Heinenin məşhur sözlərini oxumuşdum, Heine yazmışdı ki “İnsanları daha çox tanıdıqca itləri daha çox xoşlayıram”.
O vaxt deyimin mənasını anlasam da, nə səbəbə belə dediyini tam dərk etməmişdim, mənə gülməli görünmüşdü, bunu alman şairinin bir orijinal zarafatı sandım. Cavan idim, insanları yaxşı tanımırdım, onlara ən pis halda nifrət hiss edirdim, ona görə. Xeyli yaşlanandan, bərkə-boşa düşəndən, həyat təcrübəsi yığandan, bir də hər kəsin ürəyini, düşüncəsini ortaya qoyan sosial şəbəkələr yaranandan sonra bu aforizmin mənasını tam anladım və dərk etdim.
Saleh Rüstəmlinin müddətsiz aclığı ilə bağlı hakimiyyəti birbaşa ya üstüörtülü, dolayısıyla müdafiə etmək məqsədilə yazılan, bu olayda darda olan Saleh bəyin özünü, guya siyasi nüfuz yığmaq üçün onun ölümünü arzulayan müxalifəti, guya həmin məqsədlə bu dəhşətli etiraz aksiyasına dəstək verən vətəndaşları, ziyalıları, bizim hamımızı təqsirləndirən paylaşma müəllifləri üçün də deyibmiş bu sözləri Heine.
33 yaşında mühacirətə – Fransaya gedən, “Gənc Almaniya” hərəkatının ideoloqu, 20-25 il sonra, qocalanda vətənə qayıtmaq istəyən, amma həbs təhdidindən qayıtmayan, elə qürbətdə – Parisdə ölən Heinenin bu sözləri bütün dünyaya məlumdu. Bu deyim həm də mühacirətə gedib siyasi mühacir kimi oturum alan, alandan sonra pula görə ziyan çəkdiyi hakimiyyətlə işbirliyinə başlayan, bununla yanaşı “gənclərin ideoloqu” olmaq iddiasında bulunan, amma bu 40 gündə Saleh Rüstəmlinin adını çəkməyən yazarlar, şairlər, yazıçılara da aiddi bu sözlər… .
Saleh Rüstəmlini 41-ci aclıq günü başladı. O, hər an ölə bilər. Bu gün keçirilən Saleh Rüstəmliyə dəstək aksiyası gözlənilən kimi dağıdıldı, 40-a qədər etirazçı saxlanılıb. Saleh bəyi azad edin!
Tarix: 16-12-2021, 14:57
Xəbəri paylaş





Xəbər lenti