Həbsxana, yoxsa SANATORİYA, İSTİRAHƏT MƏRKƏZİ..? – Penitensiar Xidmətin “Çentral”ında nələr baş verir ?, Mirsaleh Seyidov, Oktay Məmmədov hara baxırsınız?



Həbsxana, yoxsa SANATORİYA, İSTİRAHƏT MƏRKƏZİ..? – Penitensiar Xidmətin “Çentral”ında nələr baş verir ?, Mirsaleh Seyidov, Oktay Məmmədov hara baxırsınız?
Hər ay 15-20 min pul verən sabiq məmurlar müalicə adı altında “burjuy” həyatı yaşayır..

Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin təzahürü kimi son illərdə mütərəqqi addımlar atılıb.
Təkcə onu qeyd edək ki, 70 illik sovet dönəmində ev dustlaqlığı deyilən cəza olmayıb.
Hətta vaxtilə həbsxanada olan qatı-radikal müxalifətçilər də qeyd edir ki, əvvəlki illərlə müqayisədə həbsxanalrda şərait, dustaqlarla münasibət köklü şəkildə dəyişib.
Bu siyahıya 10 minlərlə dustağa şamil olunan amnistiya aktlarını, əfv sərəncamlarını da əlavə edə bilərik.
Amma…
Əmması odur ki, həbsxana islah müəssisəsi olmaqla bərabər, həm də etdiyin cinayətlərə görə, CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİ-dir.
Bu bütün dünyada, ən sivil ölkələrdə belədir. Loru dildə desək, həbsxana SANATORİYA, İSTİRAHƏT MƏRKƏZİ deyil.
Amma pulun, özü də qəpik-quruş yox ee, milyonların varsa, həbsxana da sənin üçün sanatoriya, istirahət mərkəzi, hətta 5 ulduzlu oteldir.
Bəli, məlumatı olmayanlar üçün qeyd edək ki, dövlətə 100 milyonlarla ziyan vuran, özləri milyonlar qazanan və haqlı olaraq cənab Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan və məhkəmə tərəfindən uzun müddətli CƏZA-landırılan keçmiş məmurların çoxu həbsxanada əsl BURJUY HƏYATI yaşayır.
Bunun üçün əsas fiqurlardan biri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rafail Mehdiyevdir.
Söhbət PA-nın sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda bəy tərifi deyən Rafail Mehdiyevdən gedir.
Bəli, Rafail Mehdiyevin bircə imzası ilə illər boyu xalqın əmlakını talayan məmurlar, Ədliyyə Nazirliyi Penitersiar Xidmətin Müalicə Müəssisəsində ( Çentral ) əsl kral həyatı yaşayırlar. Ancaq bunun üçün Rafail Mehdiyevin bircə imzasına görə, hər ay 15-20 min manat ödəyirlər.
Dünyada belə qazanclı, rentabelli biznes ola bilməz.
Bəli, “ÇENTRAL”-da hər ay məmurlar milyonlar xərcləyir. Burada duşxana, masajxana, hələ başqa …xanaları demirik.
Həbsxanada olan məmurların uşaqları, nəvələri, arvad-uşağı da bütün günü yanlarında. Lazım olanda rəqqasələr də öz yerində.
Daha bunun harası həbsxana oldu, ay Mirsaleh müəllim, ay Oqtay müəllim, ay Ceyhun müəllim.
Söhbət Penitensiar Xitmətin rəsi müavini Oqtay Məmmədovdan, Əməliyyat-rejim İdarəsinin rəisi Mirsaleh Seyidovdan və Penitenisiar xidmətinin rəisi Ceyhun müəllimdən gedir.
Hara baxırsınız, cənablar ?
Tutaq ki, PX-nın rəisi Ceyhun Həsənovun başı daha vacib işlərə qarışıb, bəs siz hara baxırsınız ?
Axı, sizlərin imzası ilə qətl işinə görə həbs olunan general Rövşən Əkbərov, İmişlinin sabiq icra başçısı, DTX tərəfindən həbs olunan Vilyam Hacıyev, hətta jurnalist Mirkənan Seyidov hazırda Çentralda bir yerdə əsl cənnət həyatı yaşayırlar.
Təsəvvür edirsiniz, Perzidentin cəza verib vəzifəsindən uzaqlaşdırdığı, hələ də hamıya meydan oxuyan Vilyam Hacıyev hər ay 10-15 min manat verərək həbsxanada kef çəkir.
Söhbət “heç kimə pul verməyəcəyəm…” deyən, hamıya meydan oxuyan sabiq icra başçısı Vilyam Hacıyevdən gedir.
Ayy, Vilyam utanmırsan, qızarmısan deyirsən ki, heç kimə pul verməyəcəm…
Səndən kim pul istəyir ki, belə haray-həşir salmısan, özünü qaraçı kimi aparırsan, kimləri şantaj eləmək istəyirsən..?
Sən pul verirsən, özü də əməlli-başlı. Amma PX-nın rəhbərliyinə.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, həbsxananı sanatoriyaya çevirəndə başqa məmurlar da fikirləşir ki, həə gedib pulumuzu verib yaşayacağıqda.
Ulu Öndər əbəs yerə demirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır. Bizi narahat edən də budur, cənab ədliyyə naziri Fikrət Məmmədov !
Sizdən xahiş edirik ki, bizə bir media olaraq icazə verin, gedib PX-nın ÇENTRAL deyilən müalicə müəssisəsindən canlı reportaj hazırlayaq. Və kimlərin əlinin kimlərin cibindən çıxdığını cəmiyyətə göstərək…
P.S Növbəti sayımızda onu da Prezident təyin edib, məni də yazısı dərc olunacaq.Gündəlik Bakı
Teref.az olaraq məqalədə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Tarix: 16-12-2021, 15:34
Xəbəri paylaş





Xəbər lenti