Ramiz Mehdiyev jurnalistlə məhkəmədə çəkişəcək - AÇIQLAMA


Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra AMEA-red) Demokratik.Az saytının rəhbəri, jurnalist Osman Nərimanoğluna qarşı xüsusi ittiham qaydasında növbəti müraciətinə dekabrın 27-də Göygöl rayon məhkəməsində baxılacaq.
DİA.AZ xəbər verir ki, bu barədə Demokratik.Az-a Ramiz Mehdiyevin diqtəsilə AMEA-nın hüquq şöbəsinin müdiri Kamal Vəli oğlu Əliyev tərəfindən təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb edilmiş jurnalist Osman Nərimanoğlu məlumat verib. Jurnalist qeyd edib ki, Göygöl Məhkəməsi ilkin baxış iclasının 27 dekabra təyin edilməsi barədə tərəfləri şifahi şəkildə məlumatlandırıb.

"Dekabrın 27-də işin icraata götürülüb-götürülməməsinə dair ilkin baxış məhkəməsi olacaq. Düşünürəm və arzu edirəm ki, "boz kardinal" Ramiz Mehdiyevin "kamal"ı Göygöl səfərindən əliboş qayıdacaq, müraciətin icraatı rədd ediləcək. AMEA-nın başında duranlar axır ki, cızmaqara məktublarını məhkəmənin özünə göndərə biliblər, yoxsa, gah başqa məhkəməyə ya da mənim evimə yollayaraq rüsvay olurdular.."-deyə Osman Nərimanoğlu bildirib.

Xatırladaq ki, cari ilin mayında Ramiz Mehdiyev tərəfindən AMEA-nın baş hüquqşünası vəzifəsinə təyin edilmiş Kamal Əliyev demokratik.az saytında 16 noyabr 2021-ci il tarixində Nərimanoğlunun imzası ilə yayımlanmış Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbərdən qeyzlənərək məhkəməyə müraciət edib. "Tərtər İşi"ndə adı hallanan Kamal Əliyev "xüsusi ittiham" qaydasında müraciətində barəsində yer alan xəbəri inkar edir, özünə böhtan atıldığını, təhqir olunduğunu idda edir.
Məqalədən sitat: "AMEA-nın hüquqşünasının kimliyində və karyerasında çox mühüm hallar diqqətdən yayınmır. Məlum olur ki, AMEA-nın hüquqi təmsilçisinin adı 2017-ci ilin mayında Tərtər rayonunda hərbçilərə qarşı törədilmiş ağır işgəncə və cinayət işində hallandırılır. Belə ki, Kamal Əliyev özü barədə olan açıq və bioqrafik məlumatlarda əsas bilgiləri gizlətsə də məlum olur ki, o, hələ 2000-ci ildən Hərbi Məhkəmələrdə hakim kimi fəaliyyət göstərib. Eləcə də, 2017-ci ildə Tərtər Hərbi Məhkəməsinin hakimi kimi bir neçə əsgər və zabitlərə ağır ittihamedici maddələr üzrə ədalətsiz hökmlər oxuyub. Məhz həmin ildən hakimlik fəaliyyətinə xitam verilib və heç bir imtahansız (qanunvericilik imkan verdiyi üçün - red) vəkillik fəaliyyətinə başlayıb..".
Tarix: 17-12-2021, 10:03
Xəbəri paylaş





Xəbər lenti