Deputat şagirdin saçına irad bildirən müəllimə töhmət verilməsinə qarşı çıxdı, tənqid edildi



"Space" telekanalı xəbərlər proqramında müəllimi aşağılayan reportaj hazırlamışdı. Təsadüfən baxdım. Bu telekanal müəllimi şagidinin saç düzümünə iradını bildirdiyinə görə onun ayağına verdi. Xeyli uzağa gedib, şagirdə irad tutan müəllimin psixoloji durumunun yoxlanılması məsələsini qaldırdılar. Hörmətli Müşfiq müəllim! (Televiziyanın rəhbərini nəzərdə tutur-red) Müəllim sinifə daxil olursa , sinfin sahibidir. Və o, şagirdə saçından tutmuş, davranışına qədər irad tuta bilər.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

Deputat qeyd edib ki, məktəblərdə nizam-intizam qorunmazsa, anarxiyanın qarşısını almaq mümkün olmaz: "Bir savadsız və məktəbi bilməyən telejurnalistlə ictimai rəyi çaşdırmayın! Müəllimi aşağılamayın. Ümumiyyətlə, məktəbi bilməyən savadsız telejurnalistləri məktəbə buraxmaq müəllimə qarşı ən böyük hörmətsizlikdir. Məktəb direktoru əslində məsələni araşdırmamış müəllimə töhmət verməməli idi. Müəlliminə hörmət etməyən məktəb direktoru kollektivdə nüfuz sahibi ola bilməz".

E.Əliyevin bu yanaşması sosial şəbəkələrdə müzakirələrə səbəb olub, deputat tənqid edilib.
Tarix: 18-12-2021, 07:47
Xəbəri paylaş





Xəbər lenti