Şəhid qapısını şəkil çəkdirmək üçün açmayın — ŞƏHİD POLKOVNİKİN XANIMI



Bizim cəmiyyətdə güvən problemi var. İnsanlar məmura güvənmir. Ona görə də hər hansı “qazinin, şəhid ailəsinin problemi var” — deyəndə, çox vaxt ona adekvat cavab verilmir. Ən böyük problem güvənsizlikdədir, çünki səmimi deyilik.
Bu fikirləri  hafta.az-a “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə deyib:
«Şəhid qapısını yüksəliş, şəkil çəkdirmək xatirinə açmaq lazım deyil. Onun uşağının başını sığallayanda bunu da ürəkyanğısı, sevgi ilə etməlisən. İki-üç nəfərlə o ailələrə gedib, onu da hesabat xatirinə edirsənsə, etməsən, daha yaxşıdır.  Orada çəkilən şəkillərin mahiyyətini bilməyə bilərik, amma evinə getdiyin insan sənin nə qədər səmimi olduğunu duyur axı.  Sən vəziyyət sosiallaşandan sonra gedib qazinin qapısını döyüb onunla maraqlanmalı deyilsən.  O problem sosiallaşmayana, KİV-ə çıxmayana qədər sənin onun problemindən xəbərin olmalıdır. Özün edə biləcəyini etməlisən.  Haqlıdır, yaxud haqsızdır, artıq bunu məsələ ilə tanış olandan sonra biləcəksən. Biz demirik ki, bütün müraciət edənlərin hamısı haqlıdır.  Müraciətin kökünü, eləcə də qazinin sənə güvənsizliyinin də kökünü araşdırmalısan.  Qazilərin məmurlara qarşı belə bir mövqeyinin olmasını araşdırıb tapmalısan.» 
Tarix: 19-12-2021, 15:29
Xəbəri paylaş





Xəbər lenti