Əli Əliyev həbs oluna bilər - VİDEO



Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.
 
Bununla bağlı partiya sədri “Youtube” kanalında məlumat verib.
 
O bildirib ki, 30 noyabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəza uğraması nəticəsində sağ qalan hərbçilər onun həbs olunmasını istəyirlər.
 
Buna səbəb isə Ə. Əliyevin "Osmanqızı TV"də səsləndirdiyi fikirlər olub.
 
Həmin çıxışda o qeyd edib ki, sağ qalan xidmət əməkdaşlarının orada olması şübhə doğurur.
 
Yəni onlar həmin helikopterdə olmayıblar. Onun fikrincə, qəza təsadüfi baş verməyib, bu təxribatdır.
 
Bakupost
 

Tarix: 20-12-2021, 16:01
Xəbəri paylaş





Xəbər lenti