Azərbaycanda DƏHŞƏTLİ MƏNZƏRƏ - TƏFƏRRÜAT


Sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlik təkliflər irəli sürülür. Pula ehtiyacı olan qadınlara 500 manat müqabilində folekul donor olmaq və öz yumurta hüceyrələrini tanımadıqları şəxslərə satmaları təklif edilir.

Hansı ki, bu yumurta hüceyrələr daha sonra müxtəlif süni mayalanma həyata keçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat baha qiymətə satılır.

Ekspertlər sözügedən təklifin insan alveri olduğunu hesab edərək, bu fəaliyyətdə itirak edən hər kəsin məsuliyyət daşıdığını bəyan edirlər.

“Facebook”un “Donor Ol Ödənişli” səhifəsində yer alan bu tip açıq elanlara təssüf ki, qoşulan qadınların sayı da çoxdur. Araşdırmalara görə bu səhifələri işlədənlərin çoxu həkim asistentləridir. Halbuki orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Bundan əlavə bu tip donorluq gələcəkdə ağır fəsadlara yol aça bilər. Qohum, bacı-qardaş, eləcə də oxşar genlərin evliliyi baş verə bilər ki, bu da faciə deməkdir.

Azərbaycanda folekul donorluğu ilə bağlı qanun yoxdur. Məsələn Gürcüstanda sözügedən prosedura qanunla icazə verilir. Türkiyədə yumurta hüceyrəsinin satışı isə qadağandır. İranda və digər İslam ölklələrində də bu qaydanın tədbiqi yolverilməz hesab edilir.

Siam.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, qeyd olunan halla bağlı aidiyyəti qurum hərəkətə keçməlidir:

“Azərbaycanda süni mayalanma, yəni surroqat analıq hələ qəbul olunmayıb. Qanuni şəkildə fəaliyyət göstərməyən məsələlər də cinayət əməli üçün yer tapır. Bu baxımdan SOS siqnalı verilməli və hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməlidir.

Bəzən araşdırılması gecikən belə məsələlərdə cinayətkarlar gizlənə bilir və yaxud səhifələrini bağlayırlar. İnsan alverinin bir forması da surroqat analıqdır. Qaldırılan məsələ həddindən artıq aktualdır. Həmişə cinayətkarlar boşluq axtarırlar və indi də bu əəməldən istifadə edirlər”.

Məsələ ilə bağlı Daxili işlır Nazirliyindən isə araşdırmalara başlanıldığı bildirilib.
Tarix: 23-12-2021, 10:55
Xəbəri paylaş





Xəbər lenti