"Hanı internet?!! Və ayağımın əziyi necə olacaq..." - ŞİKAYƏT

 
"Şikayətim Baktelecom"dandır". DİA.AZ bildirir ki, bu sözləri Əhməd Bəylərov adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley edərkən qeyd edib. 

Daha sonra narazı vətəndaş yazır: "Düz bir aydan çoxdur ki, gəlib optik internet çəkmək üçün dirək quyusu qazıblar darvazamızın ağzında. Hər dəfə uşaqlar quyuya düşməsin deyə ehtiyat edirdim...

Yeni ilə girəndə düz saat 00:00-da özüm o quyuya düşdüm. Atəşfəşanlığı seyr edərkən. Halbuki quyunu qazanda uzağı 10 günə çəkiləcək demişdilər.

Hanı internet??? Və ayağımın əziyi necə olacaq???"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 1-01-2022, 14:50
Xəbəri paylaş





Xəbər lenti