"Buna görə də şənliklərdən sonra zəhərlənmələr baş verir"


"Buna görə də şənliklərdən sonra zəhərlənmələr baş verir"Foto: Pixabay.com

Bu gün bazarlarda, marketlərdə uşaqlar üçün müxtəlif qiymətlərə “Yeni il hədiyyələri” satılır. Bərbəzəkli, üzərində Şaxta Baba, Qar qızın şəkilləri olan, 2022-ci ili tərənnüm edən şəkilləri olan qutular hər kəsin diqqətini çəkir. Ancaq qutuların içində hansı mıhsulların yığılması hər kəsi düşündürmür.

Bəzən valideynlər uşaqlarını sevindirmək üçün aldığı bu hədiyyələr onların zəhərlənməsinə səbəb olur. Bəzi şənliklərdə isə, hədiyyələr bilet puluna daxil olduğu üçün ucuz və keyfiyyətsiz hədiyyələr seçilir. Qeyd edək ki, belə qutuların hazırlanması istehlakçılara çox da baha gəlmir. Ən gözəl qutunun hazırlanması belə, 50 qəpikdən baha olmur. Ancaq yəqin ki, hədiyyələrin qiymətində olan fərqləri görürsünüz. Hədiyyələr 6 manatdan 50 manata qədər qiymətlərə satılır.
Heç düşündünüzmü, qutuların içində olan məhsulların fərqi nədir?
Biz demirik ki, bahalı hədiyyələr keyfiyyətli məhsullardan yılğılıb. Xeyr. Biz deyirik ki, aldığınız hədiyyələrə açıb baxdıqdan sonra uşaqlarınıza verin. Bu halda onları yeni ilin ilk zəhərlənməsindən qorumuş olarsınız.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, “Yeni İl hədiyyələri” alarkən valideynlər və uşaqlar aldadılır.
Eyyub Hüseynov Eyyub Hüseynov
“Birincisi qiymətlər çox yüksəkdir. Əlbəttə ki, qiymətə heç kim müdaxilə edə bilməz. Qiymətlər tələb və təklif prinsipi ilə formalaşır. Ancaq təəsüf olsun ki, bəzən yaxşı bəzədilmiş qutuların içinə yararlılıq müddəti keçmiş və bəzən də pis şəraitdə saxlanaraq kiflənən məhsullar doldururlar. Nədənsə valideynlər özləri “yolka şənliklərinə” uşaqlardan çox baxırlar. Qutuları açıb uşaqlara verirlər, başları şənliyə qarışır. Uşaqlar da məhsulun keyfiyyətini və s. bilmədiyi üçün yeyirlər. Buna görə də şənliklərdən sonra zəhərlənmələr baş verir. Belə problemlər müşahidə edilir” - deyə ekpsert bildirib. Onun sözlərinə görə, “Azad İstehlakçılar” Birliyi dəfələrlə belə kampaniyalar təşkil edən müsəssisələrinin işini dövlət orqanlarının köməyi ilə saxlaya bilib.
Ekspert valideynlərə tövsiyyə edir ki, onlar uşaqlar üçün “Yeni il hədiyyəsi” alan zaman qutunu açmalı, içərisindəki məhsula baxmalıdır. Yararlılıq müddəti keçməsə belə yaxşı şəraitdə saxlanmadığı üçün məhsullar keyfiyyətini itirə və ya kiflənə bilər: “Bu amillərə çox fikir vermək lazımdır. Yeni il hədiyyələrində hərhansı bir problemlə qarşılaşan vətəndaşlar Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng edərək şikayətlərini bildirə bilərlər”.
Hədiyyənin bahalısı və ucuzu olmur. Hədiyyənin keyfiyyətlisi və keyfiyyətsizi olun. Uşaqlarınızı ən yaxşısı və sağlamlığına təhlükə olmayacaq hədiyyə ilə mükafatlandırın.
Tarix: 1-01-2022, 21:34
Xəbəri paylaş





Xəbər lenti