Bərdəli gənc skripkaçı Aytac Novruzova ÜMİD İncəsənət Müsabiqəsi 2022-nin qalibləri sırasında -FOTO


Bu günlərdə Respublikamızın paytaxtı Bakı şəhərində 
            ÜMİD İNCƏSƏNƏT MÜSABİQƏSİ 
FOLKLOR*AKADEMİK*ESTRADA*MUSİQİ*ŞOU*MODA*XOR*RƏQS
     
                      2022
İncəsənət yarışması keçirilir.
Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət məktəbinin şagirdi Novruzova Aytac Etibar qızı ÜMİD İncəsənət Müsabiqəsi 2022-nin final yarışmasında böyük nailiyyət göstərərək  3-cü yeri tutmuşdur. 

Bu yarışma göstərdi ki, Bərdənin gənc musiqiçiləri yüksək səviyyəli tədbirlərdə, yarışmalarda nəinki Bərdəni , hətta respublikanı böyük ustalıqla təmsil etməyə layiqdirlər.

Uğur olsun gənc musiqiçilər. Daima ifa etdiyiniz musiqinin səsi yüksəklərdən gəlsin.
GƏNC SKRİPKA İFAÇISI AYTAC NOVRUZOVANI Yarışmada göstərdiyi yüksək nailiyyət və qazandığı MEDALLAR münasibətilə SİYASİ İCTİMAİ ARAŞDIRMALAR MƏRKƏZİNİN XƏBƏR PORTALI SİAM.AZ saytının kollektivi ürəkdən təbrik edir , gələcək fəaliyyətində daha yüksək zirvələri fəth etməsini arzulayırıq.
Şahin Əhmədov,
SİAM.AZ


Tarix: 8-01-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti