"Belə idisə, mən necə əsgər getmişəm..." - Qarabağ Qazisi şikayətçidir


"Belə idisə, mən necə əsgər getmişəm..."
Amin Alışov ikinci Qarabağ müharibəsində iştirak edib, müharibədən sonra da həmin ərazilərdə qalıb hərbi xidmət keçib. Deyir ki, müharibəyə könüllü qeydiyyata düşəndə yoxlanışlardan keçmişdi. Sağlamlığı qaydasında idi və döyüşə yararlı idi.

Müharibədə aldığı zədədən bir gözünün görmə qabiliyyəti itib. İndi ona deyirlər ki, bu gözün anadangəlmə belədir. “Belə idisə, mən necə əsgər getmişəm, necə müharibəyə yararlı hesab edilmişəm”.


Tarix: 18-06-2023, 17:28
Xəbəri paylaş





Xəbər lenti