Baş redaktor Naxçıvanda KİMƏ İSMARIC YOLLADI? - "Ziyanın yarısından qayıtmaq yaxşıdır"


Naxçıvanda bir nazirin bacanağı bir iş adamından haqsız yerə 21 min manat "haqq" istəyir, verilməyəcəyi təqdirdə onu həbs etməklə qorxudur.
Bunu ona görə yazıram ki, bu cür qeyri-qanuni hərəkətlərə yol verilməsin, biz də başımızı daha faydalı işlərdən ayırıb yenidən "Qara Pişik" hekayətlərinə başlamayaq.
Ataların bir sözü var: "Ziyanın yarısından qayıtmaq yaxşıdır". Hesab edirəm ki, bu uyarımdan sonra hər kəs öz payını götürəcək və iş adamlarını Naxçıvandan qaçmağa vadar edən qanunsuz tələblərə son qoyulacaq. Nəticədə "kiçik torpaq" inkişaf edib layiq olduğu vəziyyətə gəlib çatacaq.
"Yerin də qulağının olduğunu" qulağımızdan sırğa kimi asmağımız ümidiylə bütün Naxçıvan əhlinə salamlar olsun.

Heydər Oğuz - ovqat.com-un baş redaktoru
Tarix: 19-06-2023, 13:53
Xəbəri paylaş





Xəbər lenti