Bu gün Zakir Quliyevin oğlunun toyudur... - Dəbdəbəli toy məclisi "Böyük Saray"da baş tutacaq...

Bu gün Zakir Quliyevin oğlunun toyudur...
Dünyanın hər yerində olduğu kimi, bizim də ölkəmizdə dövlət büdcəsinin hesabına özlərinə milyardlarla vəsait qazanan, büdcəni ata malı kimi talayan məmurlar mövcuddur. Cənab Prezidentimizin dəfələrlə deməsinə baxmayaraq ki, övladlarınıza dəbdəbəli toylar etməyin, amma nə fayda. Zakirlər, Rəşidlər nəinki övladlarına hətta yaxın qohum-əqrabalarına belə dəbdəbəli toylar edirlər.
Bu gün, "Böyük Saray"da baş tutan toy məclisi Meliorasiya və Su Təsərrüfat nazirinin müavini Zakir Quliyevin oğlu Bəybala Quliyevə məxsusdur.
Məlumatlı mənbə onu da bildirdi ki, "Böyük Saray"da dekorun hazırlanması üçün 410 min manat pul xərclənib. Sonrasını düşünənlər isə toy məclisində nə qədər pul xərcləndiyini biləcəklər. 
//gundelik-baku.com//
Tarix: 20-06-2023, 22:42
Xəbəri paylaş





Xəbər lenti