“Əl yandıran təhsil haqları”: Hüquq təhsili Türkiyədə 700, ölkəmizdə isə 4500 manatdır


İldən-ilə artan təhsil haqları tələbələri cana yığıb. Uzaq şəhərdən və yaxud rayondan gələn tələbələr üçün isə vəziyyət daha çətindir. 2000-dən yuxarı illik ödənişlər və kirayə ev qiymətləri dolanmaqda problem yaradır.

Ekspertlər də bildirir ki, Azərbaycanın ali təhsil müəsissələrində təhsil haqları digər ölkələrlə müqayisədə çox yüksəkdir.
Azərbaycanda ortalama təhsil haqqı 2500 manatdır. Ən yüksək təhsil haqqı ADA universitetindədir.
Ekspert Elvin Bədirli bildirir ki, ali təhsil müəssisələrində təhsil haqqının yüksək olması tələbə olmaq istəyın abituriyentlərin arzusunu reallaşmağa qoymur. Bəzi hallarda isə tələbələr bu pulu verib Azərbaycanda təhsil almaqdansa, qonşu ölkələrdə daha aşağı qiymətlə təhsil almağı daha üstün hesab edir. Azərbaycanda qonşu dövlətlərə təhsil almaq üçün gedənlərin sayı 20000 nəfərdən çoxdur. Mütəxəssislər bildirir ki, bu hal ölkədən xaricə tələbə axını ilə yanaşı, tələbələrin, ölkəmizdə təhsil alma faizini də azaldır.
TehsilMedia.az bildirir ki, Türkiyədəki dövlət universitetləri ilə ölkəmizdəki universitetlərdə olan ixtisasların illik ödənişləri arasında böyük fərq var. Misal üçün hüquqşünas ixtisası Türkiyədə 700 manatdırsa, ölkəmizdə 4500 manatdır.
Elə bu baxımdan gələcəyin ixtisaslaşmış kadrlarını başqa ölkələrə getməyə məcbur edirik.
Tarix: 22-06-2023, 11:39
Xəbəri paylaş





Xəbər lenti