“Şəhid oğlumun haqqı olan 11 000 manatı və bizə də ev verilməsini istəyirəm! – ŞƏHİD ANASINDAN PREZİDENTƏ MÜRACİƏT


Bərdə rayonu, Nazirli kənd sakini, hal-hazırda Xırdalan şəhəri Qalubiyə kuçəsi, blok 65 a, mənzil 28-də kirayə yaşayan şəhid anası Məmmədova Səmayə İsmayıl qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şəhid anasının məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Mən, Məmmədova Səmayə İsmayıl qızı, yazaraq Sizdən xahiş edirəm ki, dərdimə şərik olasınız.
Mənim oğlum Məmmədov Elxan Rizvan oğlu 28.04.1998-ci ildə Qazax rayonunda N saylı hərbi hissədə şəhid olmuşdur.
Bir şəhid anası kimi, mən də Sizin sərancamda şəhid ailələri üçün təyin etdiyiniz 11 000 manat pulu və şəhid ailələrinə veriləcək olan evlərdən istəyirəm.
Ailə başçımı itirmişəm, dolanışığımız zəifdir, kirayə pulunu çatdırıb verə bilmirik. Sizdən xahiş edirəm ki, şəhid oğlumun haqqı olan pulun və evin verilməsi ilə bağlı müvafiq qurumlara göstəriş verəsiniz.
Himayəmdə ailə başçısını itirmiş qızım və 2 azyaşlı övladı var.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mənim müraciətimi diqqətə alasınız”.
Tarix: 22-06-2023, 18:14
Xəbəri paylaş





Xəbər lenti