Burda müştərini rəsmən ələ salırlar... - GİLEY

Burda müştərini rəsmən ələ salırlar...
"Şikayətim "Imperial Xalça Yuma" ilə bağlıdır".

 DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Burda müştərini rəsmən ələ salırlar...

Narazı vətəndaş daha sonra yazır: "Deməli, çərşənbə axşamı xalça, yorğan-döşək yudurmaq üçün müraciət etdim. Dedilər ki, 2 gün ərzində götürüləcək. Növbəti gün zəng etdim və öyrənmək istəyirdim ki, həmin gün gələcəklər və ya təxmini saat neçədə gələcəklər. Xanım sözümü yarımçıq kəsdi və 2 gün ərzində gələcəklərini bildirdi. Mən isə sözümü kəsmədən, sonacan dinləməsini xahiş etdim və bildirdim ki, filan saat aralığında evdə olmayacam. Öncədən xəbəriniz olsun. Nə isə... Dünən də gəlmədilər, artıq iki gün keçdiyi üçün zəng etdim. Xanım dedi ki, sizinlə indi əlaqə saxlayacaqlar. Dedim okay. Heç kəs zəng etmədi və 40 dəqiqə sonra özüm yığdım ki, mənə zəng olunmadı axi. Xanım mən bilmirəm uje tipli reaksiya verdi)) Mən isə əslində onun bilməli olduğunu və gözlədiyimi dedim. Xanımın məqsədi telefonu söndürmək olduğu üçün sağollaşdım. Hazırda başqa yer ilə danışmışam və hətta gəlib aparıblar, amma hələ də Imperial Xalça Yumadan səs yoxdur. Boş yerə ev ünvanımı, özümün və həyat yoldaşımın telefon nömrəsini kimliyi bilinməyən bir yerlə paylaşmış oldum. Bunlar mənim evimdən əşyaları almağa gəlmirlər, mən əşyaları onlara təhvil versəm, nə qədər zamana geri qaytarardılar və yaxud geri qaytarardılarmı?.. bilmirəm..."

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 25-06-2023, 10:06
Xəbəri paylaş





Xəbər lenti