"Bakcell"dən fırıldağına görə kütləvi imtina başladı: hamının cibinə girir - pensiyaçıdan ta...


Azərbaycanda hər cür oğurluğa, talana, dövlətin və vətəndaşın cibinə girmək faktlarına rast gəlmək olar, amma bunu kütləvi şəkildə həyata keçirmək ənənəsi "Bakcell" mobil operatoruna məxsusdur. Şirkət uzun illərdir ki, abunəçilərini müxtəlif kampaniyalar adı ilə soymaqdadır və bir çox hallarda vətəndaşlar pullarının yeyilməsindən xəbər tutmurlar. Kim ki balansının özünün razılığı olmadan hansısa xidmətə qoşulub mənimsənilməsini öyrənirsə, dərhal müştəri xidmətinə zəng edərək şikayətini çatdırır. Amma hamı bunu edirmi? Görün nə qədər abunəçinin haqqına girilməsi qeydə alınır. Ona görə də son aylarda "Bakcell" in xidmətlərindən kütləvi şəkildə imtina başlanıb və müştərilər nömrələrini bağlayaraq, alternativ variantlara üstünlük verməkdədirlər. Çünki "Bakcell" insanlara məlumat vermədən, yaxud onların qərarını dinləmədən gah kampaniyalar adı ilə balansdan vəsait silir, gah hansısa adla cibinə girir, internet paketindən tutmuş sms  və s. xidmətlərə qədər fırıldaqlara yol verir. Elə ki müştəri şikayət edir, o saat əl-ayağa düşür, operator xanımlar nəzakətli olmağa çalışır, müştəri ilə dialoqda "müəllim" xitabının biri tariflərdən də ucuz - bir qəpik olur, nəhayət, araşdırılıb cavab verilir. Təbii ki, səhvlərini və oğurluq etdiklərini anlayırlar, abunəçiyə deməyə sözləri qalmır. Elə bu günlərdə sosial şəbəkələrdə yayılan iki faktı qeyd etmək olar: birində abunəçi deyir ki, ona saysız-hesabsız mesajlar göndərilir və xəbəri olmadan kampaniyalara qoşub konturundan siliblər. Vətəndaş tələb edib ki, mesaj göndərilməsini dayandırın, amma deməyib ki, hansısa sərfəli kampaniya olarsa, ona qoşulmaqdan imtina edir. Amma "Bakcell" nə edib, mesaj göndərilməsini dayandırmaq istəyini yerinə yetirməklə yanaşı, ümumiyyətlə, abunəçini şirkətin kampaniyalarına qoşulmaq imkanından tam məhrum edib. Müştəri yaxınından eşidib ki, "Bakcell" Yeni bir kampaniya başlayıb və qoşulmaq maraqlı olardı, o da şirkətlə əlaqə saxlayanda sanksiyaya məruz qaldığını öyrənib. Müştəri şikayətində bildirir ki, SMS göndərilməsini dayandırmağı istəyib, kampaniyalardan imtinanı deyil, ancaq operator xanım onu səhv çıxarmağa çalışıb, guya kampaniyalardan tamamilə imtina etdiyini israr edib. Yəni "Bakcell" belə-belə əməllərin sahibidir.
Və yaxud başqa bir nümunə - müştərinin xəbəri olmadan balansından 1 manat tutulub. Məlum olub ki, "Bakcell" müştəriyə tövsiyə etdiyi hansısa kampaniya ilə əlaqədar onun konturunu yeyib. Müştəri haqlı olaraq operatora sual verir ki, tövsiyə xarakterli məlumat əsasında necə balansdan pul silinə bilər. Şirkət nümayəndəsi öz aləmində izah etməyə çalışır ki, guya "Bakcell" qərar qəbul edib, lakin nə dövlətin müvafiq orqanı bu barədə rəsmi məlumat yaymayıb, nə şirkət öz daxili qərarı ilə vətəndaşın vəsaitini oğurlaya bilməz. Üstəlik, tövsiyə edilibsə, müştəri özü seçim edə bilər ki, bu tövsiyə nə dərəcədə sərfəli bir kampaniyadır. Amma "Bakcell" minlərlə belə müştərinin cibinə girməklə yüzminlər qazanır. Deyək ki, bu müştəri ayıq-sayıq davranıb və şikayəti əsasında həmin 1 manat balasına qaytarılıb, axı yüzlərlə abunəçi var ki, fərqində olmur, başı işinə qarışır, hər saniyə telefonda olan əməliyyatlara diqqət yetirə bilmir, yaxud da ona elə gəlir ki, bəlkə hansısa varmış, o səbəbdən 1 manat silinib.... Yəni "Bakcell" faktiki olaraq istehlakçıların hüquqlarını kütləvi şəkildə pozur, bu da dövlət qarşısında məsuliyyət daşımaqdır. Vətəndaşlardan milyonlar sil, ayrı-ayrı kampaniyalarla əhalini aldat, sonra da heç nə olmamış kimi davran.
Bundan əlavə, bir müştəri yazmışdı ki,  oğurluq etməkləri azmış kimi, nömrəni digər operatora daşımağa da icazə vermirlər - süni maneə yaradırlar. Səbəbsiz yerə imtina verirlər deyə nömrəni 15 gündür daşıya bilmir.
Həmçinin, Ramiq Abuşoğlu paylaşımında deyir ki, Bakcell mesaj göndərib, hədiyyə dəqiqə verir, sonra da gündəlik 0.25 AZN çıxacaq.
"Ay Bakcell, mənim nömrəm korporativdir.
Onsuz da hər ay ödəniş edib 3000 dəqiqə almağa məcbur oluram ki, bu heç ilimiz 12 ay bəlkə mənə bəs edər, amma məcbur yenilənmə etməliyəm. Bəs bu nə hoqqadır çıxarırsız? Təsəvvür edin, nə qədər yaşlı adam var ki, heç bu mesajlarınıza əhəmiyyət vermir və siz gündə onların cibinə girirsiz. Nəsə olsa da deyəcəksiz ki, biz SMS xəbərdarlıq etmişik də. 
Müştərinin istəyi olmadan necə onu hansısa tarifə qoşmaq olar? "Müştəri məmnuniyyəti" deyəsən kağız üzərindədir.
Bir də sizdə günah yoxdur e, biz elə buna layiqik. Hansı xidmət normaldır ki, siz də normal xidmət göstərəsiniz".
Bu faktın özü sübut edir ki, şirkət minlərlə abunəçinin - pensiyaçı, yaşlı, kasıb əhalinin cibinə girir. Elə 0. 25 qəpikdən hesablayanda nə qədər vəsaitin qanunsuz yolla əldə edildiyi məlum olur...
Azər Talıbov

Anaxeber.info 
Tarix: 2-11-2024, 15:28
Xəbəri paylaş





Xəbər lenti